Bakıda iş saatı dəyişdirilməlidir - TƏKLİF
28-03-2016, 19:47
Oxunub: 1 335
Azərbaycanda yay vaxtına keçidin ləğv olunmasından sonra iş saatların dəyişdirilməsi ilə bağlı müxtəlif təkliflər irəl sürülür
Ekspertlərin fikrincə, iş vaxtının 08:30-dan 17:30-a qədər təyin olunması məqsədəuyğun hesab oluna bilər. Bu baxımdan iş saatlarının 09:00-dan geriyə çəkilməsi təklif olunur.
Millət vəkili Musa Quliyev AzVision.az-a açıqlamasında bu təkliflə razılaşmadığını deyib. Deputat hesab edir ki, indiki vaxtda iş saatlarının bir saat geri çəkilməsi doğrum addım kimi qiymətləndirilə bilməz.
M.Quliyevin sözlərinə görə, Bakı şəhərində nəqliyyatın sıxlığının aradan qaldırılması və tıxacların azaldılması üçün müəssisələrdə iş müxtəlif saatlarda başlamalıdır.
“Demək olar ki, bütün dövlət qurumlarında iş saat 09:00-da başlayır və 18:00-da bitir. Ona görə də müəssisələrdə işin başlamasını müxtəlif saatlara təyin etmək olar. Təhsil müəssisələrində də həmçinin iş vaxtı müxtəlif saatlarda başlaya bilər. Yəni sürüşdürmə qrafiki ilə müəyyən iş yerlərinin, təhsil müəssisələrinin fəaliyyət vaxtını fərqləndirməklə qrafiklərin vaxtını xeyli azaltmaq olar. Belə olsa, axşam saatlarında işlərin müxtəlif saatlarda bitməsi şəhərdə sıxlığı azaldacaq”-deyə prlament üzvü vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun şöbə müdiri Tanrıverdi Paşa hesab edir ki, yay vaxtına keçidin ləğv olunmasından sonra iş vaxtının 08:30-dan 17:30-a qədər təyin olunması məqsədəuyğundur.
Onun sözlərinə görə, iş vaxtının təyinində günün işıqlı hissəsi üçün "axşam-səhər" simmetriyasınin gözlənilməsi tövsiyə edilir.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm
- Dünən, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 5-02-2021, 15:20 : Prezident bu qanunu təsdiq etdi
Gündəm
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- Dünən, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 7-02-2021, 10:20 : İmişlidə Qarabağ veteranları və şəhid ailələri icra başçısından nədən şikayətçidir?-VİDEO
Gündəm