BolgeXeber.Com » Xəbərlər » Bakıda ev qiymətinə məzar daşları-VİDEO

Bakıda ev qiymətinə məzar daşları-VİDEO

30-03-2016, 09:28
Oxunub: 3 933 Bakıda ev qiymətinə məzar daşları-VİDEOQəbir daşlarının dəbi də dəyişib

Rəhmətə gedən yaxınlarına bəzən külli miqdarda pul xərcləyib məzar daşı qoyurlar. Hətta büstlər ya da heykəllər. Bu barədə çox deyib, danışmışıq. Bu dəfə məzar daşlarının qiymətindən və bu qiymətlərin necə müəyyən edilməsindən söhbət açacağıq.

Qəbir daşlarının ən ucuzu 200 manata, ən bahalı isə bir neçə min manata başa gəlir. Bu məqsədlə hətta Hindistan, İtaliya, Ukrayna və Çindən bahalı daşlar gətirilir. Qiymət də məhz gətirildiyi ölkəyə görə müəyyən edilir. Ən bahalı daşlar Ukraynadan gətirilənlərdir.

Qəbir daşlarının dəbi də dəyişib. Bu işlə məşğul olanlar deyirlər ki, əvvəllər böyük ölçülü daşlara üstünlük verilirdisə, indi belə deyil. Üstəlik qara mərmərdən xeyli ucuz olan adi ağ daşlara da tələbat artıb.

Qiymətlərə daşın üzərinə çəkilən şəkil, yazı və daşın quraşdırılması daxildir. Şəkil və əl işləri qiymətə təsir edən əsas amillərdir. Sadə və ağ-ara şəkillərlə ərsəyə gələn daşla rəngli şəkilli daşlar arasında 150-200 manat fərq olur.

Şəkillər daşların üzərinə xüsusi metod və alətlərlə çəkilir. Çəkilən şəkillər daşın xüsusiyyətinə görə dəyişir. Maraqlıdır ki, dəbdəbəli qəbir daşları barədə fikir bildirənlər adətən bunu tənqid edir. Bəs onda dünyanın o biri ucundan gətirilən bahalı qəbir daşlarının alıcıları kimdir?
/Xəzər TV/