Ağcabədidə işıq aksiyası: “İşıq idarəsi deyir ki, pul yığın, düzəldək” - FOTOLAR
30-03-2016, 15:48
Oxunub: 1 994
"1 saat işıqpulunu gecikdirəndə gəlib elektrik verilişini dayandırırlar. Amma 2 gündür bizi işıqsız qoyublar”
“2 gün öncə Ağcabədi şəhərində 20-dən artıq evi və Ağcabədi Çörək Zavodunu işıqla təmin edən transformator partlayıb, düzəldən yoxdur. Bu səbəbdən rayonda artıq çörək qıtlığı da yaranıb. Çünki çörək zavodunu mazutla tam gücü ilə işlətmək mümkün deyil. İşıq idarəsinə bəlkə 20 dəfə müraciət etmişik, müdir Rövşən Rəsulov xəbər göndərir ki, pul yığın, düzəldək”.
Bunu müsavat.com-la əlaqə saxlayan Ağcabədi sakini, çörək zavodunun işçisi Akif Fətəliyev dedi: “Deyirlər ki, 500 manat siz verin, ərazidə olan 18 ev də 30 manatdan yığsın, transformatoru dəyişək. Hansı ki, işıq idarəsinin birbaşa vəzifəsi sıradan çıxmış transformatoru təmir etmək, işıq verilişini bərpa etməkdir. 48 saatdır biz işıqsız qalmışıq. 1 saat işıqpulunu gecikdirəndə gəlib elektrik verilişini dayandırırlar. Amma 2 gündür bizi işıqsız qoyublar”.
Rayon sakini Tehran Rəhimov isə deyir ki, onun da evi həmin ərazidə yerləşir: “İşıq idarəsinə zəng etməkdən bezmişik, deyirlər pul yığın gələk düzəldək. Biz niyə pul yığmalıyıq?”
Bolgexeber.com



Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər