BolgeXeber.Com » Xəbərlər » Cəlilabadlı gənclər Quba Soyqırımı Memorial Kompleksini və kütləvi məzarlığı ziyarət ediblər

Cəlilabadlı gənclər Quba Soyqırımı Memorial Kompleksini və kütləvi məzarlığı ziyarət ediblər

30-03-2016, 17:24
Oxunub: 2 388 Cəlilabadlı gənclər Quba Soyqırımı Memorial Kompleksini və kütləvi məzarlığı ziyarət ediblər31 mart – Azərbaycanlıların soyqırımı günü ərəfində Cəlilabadın bir qrup gənci Qubaya gedib, Soyqırımı Memorial Kompleksini və kütləvi məzarlığı ziyarət ediblər

Səfəri Cəlilabad Rayon Gənclər və İdman İdarəsi ilə Yeni Azərbaycan Partiyası Cəlilabad Rayon Təşkilatının Gənclər Birliyi birgə təşkil ediblər.

Cəlilabadlı gənclər Quba kütləvi məzarlığını ziyarət edib,soyqırım qurbanlarının xatirəsinə ehtiramlarını bildiriblər.Onlara məlumat verildi ki,2007-ci ildə tikinti məqsəd ilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilən məzarlıq 1918-ci ilin may ayında ermənilərin Qubada müsəlman əhalinin soyqırımını həyata keçirdiklərini sübüt edən tarixi faktlardan biridir.1918-ci ildə təkcə Quba qəzasında 36 min 782 nəfər insan qətlə yetirilib,122 kənd tamamilə dağıdılıb,259 ev yandırılıb.Sonra gənclər Quba Soyqırımı Memorial Kompleksi ilə tanış oldular.Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Kompleksdə Qubanın XX əsrin əvvəllərindəki görüntüləri,əhalinin həyat tərzi haqqında fotolar nümayiş olunur,sensor ekranlı monitorda ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı aktları barədə bir neçə dildə məlumat verilir.

Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Ramin Rəhimov çıxışında birdirib ki,erməni millətçilərin tarixi saxtalaşdırmağa,dünya ictimaiyyətini çaşdırmağa yönələn saxta kompaniyasına qarşı mütəşəkkil müqavimət yalnız Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra mümkün olub.Xalqımızın üzləşdiyi soyqırım faktlarına da bu zaman obyektiv qiymət verilib.Qeyd olundu ki,gənc nəslin qarşısında duran əsas vəzifə xalqımıza qarşı həyata keçirilən soyqırım haqqında möhkəm milli yaddaş formalaşdırmaq,bu faciəyə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqdır.
Bolgexeber.com
Cəlilabadlı gənclər Quba Soyqırımı Memorial Kompleksini və kütləvi məzarlığı ziyarət ediblər
Cəlilabadlı gənclər Quba Soyqırımı Memorial Kompleksini və kütləvi məzarlığı ziyarət ediblər