Ağstafada dəhşət: ata 6 yaşlı oğlunu döyüb öldürdü-VİDEO
1-04-2016, 11:15
Oxunub: 4 620
Oğlunu öldürən ata tutuldu
Ağstafada baş verən dəhşətli qətl hadisəsinin bəzi təfərrüatları bəlli olub.
Bolgexeber.com xəbər verir ki, Ağstafa Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Qırılı kəndində əslən Qazax rayonunun Şəhidlər Xiyabanı küçəsindəki evlərdən birində qeydiyyatda olan 1979-cu il təvəllüdlü Famil Pərvanəyev oğlu 2010-cu il təvəllüdlü Şəmsəddin Pərvanəyevi ağacla döyməyə başlayıb.
Familin oğluna ağacla vurduğu zərbələrdən biri onun başına dəyib və 6 yaşlı Şəmsəddin hadisə yerində dünyasını dəyişib. Həkimlər əraziyə gəldikdə uşaq dünyasını dəyişmiş olub. Hadisəni törədən şəxs artıq tutularaq istintaqa təhvil verilib.
Qırılı kənd icra nümayəndəsi Elxan Qurbanovun bildirdiyinə görə, Famil Pərvanəyevin Qazax rayonunda ailəsi və övladları olub:
“O daha sonra Qırılıya gələrək Şəmsəddinin anası ilə ailə qurub. Onların iki övladı vardı. Famil bir müddət ikinci həyat yoldaşını da Qazağa apardı və orada yaşadılar.
Ancaq daha sonra Bakıya gedərək bir müddət də orada qaldılar. Yaxın günlərdə isə kəndə qayıtmışdılar. Mənim bildiyimə görə, hadisə ehtiyatsızlıqdan baş verib. Ancaq daha dəqiqini prokururluq araşdırır”.
Ötən gün axşam saatlarında Ağstafada, Qırılı kəndində ata 6 yaşlı oğlunu döyərək öldürüb.
31.03.2016
Ağstafada ata 6 yaşlı oğlunu döyərək öldürüb.
Hadisə rayonun Qırlı kəndində qeydə alınıb. Kənd sakini 2010-cu il təvəllüdlü Şəmsəddin Pərvanəyev döyülərək bədən xəsarətləri alması barədə təcili tibbi yardım stansiyasına çağırış daxil olub.
Əraziyə gedən həkim briqadası 6 yaşlı uşağın taxta ilə döyülərək öldürüldüyünü görüblər.
Anası və nənəsi uşağın atası tərəfindən döyülərək öldürlüdüyünü bildiriblər. Dərhal Polis Şöbəsinə məlumat verilib.
Hazırda hüquq mühafizə orqanlarınən əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər