BolgeXeber.Com » Xəbərlər » Messi artıq “Real”ın futbolçusudur - Gizli sövdələşmə baş tutdu - FOTO

Messi artıq “Real”ın futbolçusudur - Gizli sövdələşmə baş tutdu - FOTO

1-04-2016, 11:38
Oxunub: 2 195 Messi artıq “Real”ın futbolçusudur - Gizli sövdələşmə baş tutdu - FOTONəhayət ki, dünya futbolunu silkələyəcək xəbər yayıldı. “Real” 250 milyon avroluq sərbəst qalma maddəsini qarşılayaraq Lionel Messi ilə razılığa gəlib

Publika.az news-goal.com saytına istinadən xəbər verir ki, “Real” əzəli rəqibi “Barselona”nın əfsanəvi futbolçusu Lionel Messi ilə gələn mövsümdən etibarən beş illik müqavilə bağlayıb.

Futbol tarixinə keçən transfer “Kral klubu”na ümumilikdə, Messinin illik ödənişi, vergilər və bonuslarla birlikdə təxminən yarım milyard avroya başa gələcək.

Madridlilər sabah "Barselona" ilə oynayacaqları “El-Klasiko” ərəfəsində Messinin müqaviləsindəki 250 milyon avroluq sərbəst qalma pulunu ödədiyini bildirərək sanki dünyanı şoka saldı.

13 yaşından bu yana “Barselona” forması geyən Messinin ilk şərhi isə belə olub:

“Klub rəhbərliyi ilə yeni müqavilə haqda danışıqlardan nəticə çıxmadı. Maliyyə Fair Play qaydalarının da təsiriylə “Barselona” klubu düşündüyüm tələbləri qarşılaya bilmədi”.

Klubuyla arasındakı bağların tam qopduğunu da sözlərinə əlavə edən ulduz futbolçu belə davam edib: "Rəhbərliyə maaşımı “Nou Kamp”ı sataraq ödəmələri istiqamətində bir təklif də etdim. Amma səbəbini anlamadığım bir şəkildə klubu məndən daha qiymətli gördülər. Bunu eşidəndə ürəyim qırıldı və bu klubla bağımın tamamilə qopduğunu hiss etdim. İstədiyim vergilər xaric illik təxminən 50 milyon avroluq bir müqavilə idi. Buna haqqım olduğumu düşünürəm. Amma razılaşmadıq".

Digər tərəfdən “Real” rəhbərliyinin Messinin geyəcəyi 10 nömrəli formaların satışına hazır olduğu da ortaya çıxıb.

Qarşıdakı günlərdə “Real Madrid” mağazalarında satışa çıxacağı elan olunan formalarla əlaqədar ikinci prezident Fernando Fernandez Tapias bunları deyib:

"Messi transferi üçün uzun müddətdir işlərimizi gizli şəkildə icra edirdik. Nəhayət, onunla razılaşdığımız üçün çox xoşbəxtik. İlk mərhələ üçün təxminən 500.000 ədəd forma satışa çıxarılacaq. Transfer xərcinin əhəmiyyətli bir qisimini bu şəkildə qarşılayacağıq".

“Real”ın portuqaliyalı ulduzu Kristiano Ronaldo isə Messi transferinin ardından klubun rəsmi internet saytına verdiyi müsahibədə "Uzun illər ərzində rəqib olduğum Messi ilə eyni formanı geyəcəyim üçün çox xoşbəxtəm. Cinahlarda onun verəcəyi dəstəyi səbirsizliklə gözləyirəm" ifadələrini işlədib.

“1 Aprel”inizi təbrik edirik!