BolgeXeber.Com » Xəbərlər » Ağstafada atası tərəfindən öldürülən uşaqla bağlı QANDONDURAN FAKTLAR(FOTO)

Ağstafada atası tərəfindən öldürülən uşaqla bağlı QANDONDURAN FAKTLAR(FOTO)

2-04-2016, 10:40
Oxunub: 3 164 Ağstafada atası tərəfindən öldürülən uşaqla bağlı QANDONDURAN FAKTLAR(FOTO)Ağstafa rayonunun Qırlı kəndində Famil Pərvanəyevin 6 yaşlı oğlu Şəmsəddin Pərvanəyevi döyərək öldürməsinin təfərrüatı məlum olub

Bu barədə publika.az-a danışan Şəmsəddinin xalası Xəyalə İsayeva hadisəni belə nəql edir:

“O, uşağı vurandan sonra kəndir axtarırdı ki, divana bağlasın, bir az da işgəncə versin. Bu, təsadüfən baş verən ölüm deyil.Çünki uşaqları ilə kobud davranırdı, əsəbləşəndə döyürdü”.

X.İsayeva deyir ki, bacısı ailəsi ilə birlikdə tez-tez anasının evinə gəlirdi: “3 aydır o, bacım və uşaqları ilə birlikdə anamın evində yaşayırdı. Bu aylar ərzində Famil heç vaxt işləməyib. Hadisə baş verən günü evdə heç bir dava-dalaş olmayıb. Bacı-qardaş qonşunun uşağı ilə birlikdə həyətdə oynayırmış. Bacım da qonşu qadınla uşaqların yanlarında imiş. Famil birdən əsəbləşib ki, guya uşaq nalayiq söyüş söyüb. Bu vaxt “lapatka”nı əlinə alıb, sapı ilə uşağın kürəyindən bir dəfə vurub. Anamla, bacım qabağına keçib, onları da döyüb. Sonra uşağı sürüyüb içəri aparıb. Uşaq qaçmaq istəyəndə əlindəki taxta ilə gicgahından vurub. Həmin anda da uşaq ölüb. Ekspertiza aparıldı, uşağın ciyəri partlamışdı, beyninə qan sızmışdı. Qəribədir, söyüşü ancaq o eşidib, başqa heç kim uşağın söyüş söydüyünü eşitməyib. Hətta o arada qonşu uşağını da vurub.

Bu, onun ikinci ailəsidir. Bacımla yol getmirdilər. Bacım da boşanmaq istəyirdi. Bacım boşanmaq istədiyini deyəndə uşaqları oğurlayıb həftələrlə gizlədirdi. Sonradan bildik ki, əvvəllər də oğurluq üstündə bir il məhkumluğu olub. Bizim heç onun əvvəlki ailəsindən də xəbərimiz olmayıb. Əvvəlki həyat yoldaşı əmisi qızı olub, ondan ayrılandan sonra heç bir münasibətləri olmayıb. Əvvəlki ailəsindən uşaqları ilə də münasibəti olmayıb.

Ümumiyyətlə, onun üçün ailə çox önəmli deyil, bacımı tez-tez döyürdü. O qədər döyüb ki, qızın gözləri çəpləşib. Bacım deyirdi ki, yatanda başının üstündə durub, izləyirmiş. Dəfələrlə oyananda onu elə vəziyyətdə görüb, qorxmuşdu”.

X.İsayeva deyir ki, Familin əvvəlki evliliyini biləndə bacısının ondan ayrılmasını istəyiblər: “Amma bacım onda hamilə idi. Nə bacım, nə də oğlan ayrılmaq istədi. Anam 44 manat pensiya alırdı, uşaqlara mən və da digər bacım baxırdıq. Dəfələrlə ayrılmalarını istəmişdik, Famil deyirdi ki, ayrılsan uşaqları sənə sağ-salamat verməyəcəm, öldürüb meyitlərini verəcəm”.

Qeyd edək ki, ötən gün Qazaxda 1979-cu il təvəllüdlü Famil Pərvanəyev oğlu 2010-cu il təvəllüdlü Şəmsəddin Pərvanəyevi döyərək öldürüb.
Bolgexeber.com
Ağstafada atası tərəfindən öldürülən uşaqla bağlı QANDONDURAN FAKTLAR(FOTO)
Ağstafada atası tərəfindən öldürülən uşaqla bağlı QANDONDURAN FAKTLAR(FOTO)
Ağstafada atası tərəfindən öldürülən uşaqla bağlı QANDONDURAN FAKTLAR(FOTO)
Ağstafada atası tərəfindən öldürülən uşaqla bağlı QANDONDURAN FAKTLAR(FOTO)
Ağstafada atası tərəfindən öldürülən uşaqla bağlı QANDONDURAN FAKTLAR(FOTO)