BolgeXeber.Com » Xəbərlər » İmişli ictimaiyyəti ölkə rəhbərinin Təhlükəsizlik Şurasının iclasında söylədiyi fikirləri dəstəkləyirlər-FOTO

İmişli ictimaiyyəti ölkə rəhbərinin Təhlükəsizlik Şurasının iclasında söylədiyi fikirləri dəstəkləyirlər-FOTO

4-04-2016, 19:09
Oxunub: 3 533 İmişli ictimaiyyəti ölkə rəhbərinin Təhlükəsizlik Şurasının iclasında söylədiyi fikirləri dəstəkləyirlər-FOTOİmişli rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin keçirdiyi Təhlükəsizlik Şurasının iclası ilə əlaqədar tədbir keçirilmişdir

2 aprel 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasında ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyev cənablarının Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatları ilə bağlı ordumuzun həyata keçirdiyi cavab tədbirləri barədə söylədiyi məlumatlar İmişli ictimaiyyətində böyük ruh yüksəkliyi yaratmışdır.Bu məqsədlə rayon ictimaiyyəti aprelin 4-də Heydər Əliyev Mərkəzində ölkə rəhbərinə dəstək tədbiri keçirmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev, hüquq mühafizə orqanlarının rəhbərləri,YAP idarə heyəti, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri,şəhid ailələri, Qarabağ müharibəsi veteranları, ağsaqqallar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə şəhid olmuş bütün Azərbaycan oğullarının və 3 apreldə Fizuli rayonu istiqamətində gedən şiddətli döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev çıxış edərək bildirdi ki, mütəmadi olaraq erməni silahlı qüvvələri tərəfindən işğal altında olan torpaqlarımızdan yaşayış məntəqələrimiz və birbaşa dinc əhalimiz atəşə məruz qalır.Ermənilərin son təxribatları zamanı isə bir neçə dinc sakinimiz həlak olmuş və yaralanmışdır. Bu, Ermənistanın ölkəmizə qarşı növbəti silahlı təxribatı idi.Ordumuz bu təxribatların qarşısını qəhramancasına alaraq düşmənə sarsıdıcı zərbələr vurdu, hərbi texnika və avadanlıqlarını sıradan çıxardı.Çoxlu sayda erməni əsgərləri məhv edildi və bir neçə yaşayış məntəqəsi, həmçinin strateji yüksəkliklər ordumuz tərəfindən azad olundu.
Bütün bu hadisələrlə bağlı 2 aprel 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasında ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyev cənabları ictimaiyyətə geniş məlumat verərək bildirdi ki, “Bu gün erməni təxribatı Azərbaycan Ordusu tərəfindən layiqincə cavablandırıldı. Düşmənə çox böyük zərbələr endirildi. Düşmən böyük itkilər verdi. Bununla bərabər, bizim qəhrəman döyüşçülərimiz nəinki təxribatın qarşısını ala bildilər,eyni zamanda, daha əlverişli hərbi mövqelərə malik oldular.
Vilyam Hacıyev bildirdi ki, biz İmişlililər də Ölkə Prezidentimizin bu fikirlərinə dəstək olaraq istənilən zaman torpaqlarımızı azad etmək üçün Ali Baş komandanımızın əmrini gözləyirik.
İmişli sakinləri bir daha Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi bu qələbələr münasibətilə təbrik edərək əmin etdilər ki, hər an Ali Baş Komandanın əmrində hazırdırlar.
Bolgexeber.com
İmişli ictimaiyyəti ölkə rəhbərinin Təhlükəsizlik Şurasının iclasında söylədiyi fikirləri dəstəkləyirlər-FOTO
İmişli ictimaiyyəti ölkə rəhbərinin Təhlükəsizlik Şurasının iclasında söylədiyi fikirləri dəstəkləyirlər-FOTO
İmişli ictimaiyyəti ölkə rəhbərinin Təhlükəsizlik Şurasının iclasında söylədiyi fikirləri dəstəkləyirlər-FOTO