BolgeXeber.Com » Xəbərlər » Milli Ordumuzun uğurlarını Cəlilabadlılar sevinclə qarşılayır

Milli Ordumuzun uğurlarını Cəlilabadlılar sevinclə qarşılayır

4-04-2016, 20:21
Oxunub: 1 848 Milli Ordumuzun uğurlarını Cəlilabadlılar sevinclə qarşılayırSon günlərdə işğal olunmuş ərazilərdə erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun layiqincə cavab verməsi, düşmənin canlı qüvvəsi və hərbi texnikasını darmadağın etməsini hər bir cəlilabadlı da böyük sevinclə qarşılayır

Bolgexeber.com xəbər verir ki, bu münasibətlə 04 aprel 2016-cı il tarixdə Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Rayon İcra hakimiyyətinin başçısı, İcra aparatının, hüquq-mühafizə orqanlarının rəhbər işçilərinin, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, kütləvi informasiya vasitələrinin təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin ümumilikdə 700 nəfərin iştirakı ilə ümumrayon toplantısı keçirilmişdir.Tədbirdə çıxış edən RİH başçısı Əziz Əzizov bildirmişdir, aprelin 1-dən 2-ə keçən gecə Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdir. Təmas xəttində yerləşən mövqelərimizə hücum çəkmişdir. Təmas xəttinə yaxın yerlərdə yerləşən yaşayış məntəqələrini atəşə tutmuşdur. Bu silahlı təxribat nəticəsində itkilərimiz olmuşdur. Hərbiçilərimiz və mülki şəxslər həlak olmuşlar.Həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edilmişdir.RİH başçısı cəbhə bölgəsində Azərbaycan əsgərlərinin qəhrəmanlığını, xalqın böyük sevincini cənab Prezidentin həyata keçirdiyi siyasətin təntənəsi olduğunu, Xalq-Dövlət birliyinin gücü-qüdrəti ilə ərsəyə gəldiyi və yaxın vaxtlarda torpaqlarımızın tamamilə azad olunacağını, qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdacağını xüsusi qeyd etmişdir.Əziz Əzizov bildirmişdir ki,hazırda ölkədə müasir hərbi -sənaye kompleksi yaradılıb,Silahlı Qüvvələr üçün kadr hazırlığı təkmilləşdirilir,ordumuz beynəxalq standartlar əsasında döyüş qabiliyyətini artırır.Ali Baş Komandan İlham Əliyevin iqtisadi,hərbi üstünlüyümüz və hərbi potensialımızın ən yüksək səviyyədə olması bizə imkan verir ki,istənilən anda torpaqlarımızı işğaldan azad edək deməsi, əslində, Azərbaycan Silahlı Qüvvələrinin gücü və qüdrətinə olan inamı ifadə edir.Bu inam isə son günlər cəbhə xəttində işğalçı Ermənistanın layiqli cavab alması ,Azərbaycan Ordusunun düşmənin xeyli sayda canlı qüvvəsini məhv etməsi və bir neçə strateji yüksəkliyi düşmən tapdağından azad edilməsində bir daha təsdiqini tapdı. Aprelin 1-dən 2 -nə keçən gecə işğalçı erməni bölmələri cəbhəyanı yaşayış məntəqələrini və Azərbaycan ordusunun mövqelərini artilleriya atəşinə tutması məkirli siyasətin tərkib hissələrindən biri kimi qiymətləndirilə bilər.Dinc sakinlərə qarşı bütün cəbhəboyu erməni qəsbkarlarının qanlı döyüşlərinə isə Azərbaycan ordusu layiqli cavab verib,düşmənin 100-dən çox canlı qüvvəsi ,çoxlu sayda döyüş texnikası məhv edilib ,bir neçə strateji yüksəklik alınıb.Bu ,bir daha göstərir ki,Azərbaycan Silahlı Qüvvələri hər an qarşıya qoyulan vəzifələri həll etməyə qadirdir.Son günlərin cəbhə xronikası,Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi rəşadət heç kimin iradəsindən asılı olmayaraq yağı düşmənin tapdağında olan əzəli və əbədi torpaqlarımızın tezliklə azad ediləcəyinə əminlik ifadə edir.Bu əminlik isə ölkəmizin hərbi -siyasi üstünlüyü ,bir də Ali Baş Komandan ,prezident İlham Əliyevin xalqla birliyindən daha real görünür.Silahlı Qüvvələrimizin əldə etdiyi böyük qələbə bütün cəlilabadlılarda ruh yüksəkliyi yaratmış,qələbədən sevinc hissi duymuşlar.
Tədbirdə YAP rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı ,YAP rayon gənclər təşkilatının sədri Vüsal Kazımov,Qarabağ qazisi Maşallah Əliyev, rayon ağsaqqlı Ədalət Əsgərov,Şəhid atası Mirəzbər Mürsəlov çıxış edərək,cəlilabadlıların qələbədən sonsuz sevinc duyduqlarını, hər an cənab Prezidentin əmri ilə Vətən yolunda canlarından keçməyə hazır olduqlarını, bu şərəfli yolda heç nələrini əsirgəməyəcəklərini bildirmiş və bütün azərbaycan xalqını cənab Prezidentin ətrafında sıx birləşməyə, dünya ictimaiyyətini isə Azərbaycan xalqına qarşı törədilən ədalətsizliklərə qarşı səslərini ucaltmağa çağırıblar.
Milli Ordumuzun uğurlarını Cəlilabadlılar sevinclə qarşılayır
Milli Ordumuzun uğurlarını Cəlilabadlılar sevinclə qarşılayır