Biləsuvarda şəhid əsgər torpağa tapşırıldı-FOTO
5-04-2016, 10:33
Oxunub: 3 882
Yaylım atəşi açıldıqdan sonra şəhid əsgər torpağa tapşırıldı
3 aprel 2016-cı il tarixdə cəbhənin Füzuli rayonu istiqamətində erməni silahlı qüvvələrinin torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan ordusunun 20 yaşlı əsgəri Novruzov Fərahim Nadir oğlu bu gün böyüyüb boya- başa çatdığı Biləsuvar rayonunun Səmədabad kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, N saylı hərbi hissənin zabitləri, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhidin doğmaları iştirak etdilər.
Şəhidlə vida mərasimində Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı verdi, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Fərahim Novruzovun xatirəsinin biləsuvarlıların qəlbində həmişə yaşayacağını bildirdi.
Yaylım atəşi açıldıqdan sonra şəhid əsgər torpağa tapşırıldı.
Dəfn mərasimində Şəhidin atası Nadir Novruzov oğul itkisinin ağır olmasına baxmayaraq Vətənə xidmətin hər bir övladın borcu olduğunu deyərək, şəhid oğlu ilə fəxr etdiyini bildirib. Şəhidin tabutuna çəkilmiş Azərbaycanın üçrəngli bayrağı onun atasına təqdim olundu.
Bolgexeber.com



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər