BolgeXeber.Com » Xəbərlər » "Dəmirbank"dan nazirə - Şikayət

"Dəmirbank"dan nazirə - Şikayət

5-04-2016, 12:00
Oxunub: 1 809 "Dəmirbank"dan nazirə - Şikayət"Bankın Nadir adlı işçisi mənə dedi ki, 2000 manat ver sənin kreditini bağlayaq"

Bakı şəhəri Xətai rayon E.Əliyev küçəsi 4 – də yaşayan Mirzəyev Eşqin Ağayar oğlu Moderator.az vasitəsi ilə daxili işlər naziri Ramil Usubova müraciət edib.

Müraciətdə deyilir:

Hörmətli cənab nazir!

Yazıb sizə bildirmək istəyirəm ki, mən Mirzəyev Eşqin Ağayar oğlu 27.10.2014 – cü il tarixində DəmirBank ASC – nin Nərimanov filialından 4000 dollar kredit aldım. Bank işçiləri mənə krediti dollarla təyin edib, əlimə isə manatla verdilər. Bunu heç özüm də bilməmişəm. Mən onlara dedim ki, mənə dörd mini dollarla yox, manatla verin. Onlar isə məni aldadaraq dollarla veriblər. Krediti on səkkiz aylıq götürmüşdüm və hər ay 219 manat pul ödəyirdim. Mən krediti alanda dolların məzənnəsi 78 manat idi. Sonra dolların məzənnəsi qalxdığı üçün altı ayın pulunu 105 dollarla ödədim. Axırıncı dəfə dolların məzənnəsi dəhşətli dərəcədə qaıxdığı üçün krediti ödəyə bilmədim.

Bankın Nadir adlı işçisi mənə dedi ki, 2000 manat ver sənin kreditini bağlayaq. İstədiyi məbləğ məndə olmadığı üçün, gedib Access Bankdan 1000 manat kredit götürdüm və üstünə də özümdə olan 350 manatı qoyub Nadirin sözüylə DəmirBankın kassasına ödədim. Nadir mənə dedi ki, sənin ərizəni bank rəhbərliyinə göndərib çalışacam ki, kreditini bağlayaq. Lakin Nadir kreditimi bağlamadı və ödədiyim 1350 manatı da geri qaytarmadı. Bunun üçün bir neçə dəfə banka getsəm də, mənə bildirdilər ki, pul kassaya ödənib və geri qaytara bilmərik. İndi də mənə deyirlər ki, sənin 2200 kredit borcun var.

Hörmətli cənab nazir!

Xahiş edirəm məni düşdüyüm bu quyudan çıxarın. Maddi durumum yaxşı deyil. Özüm də bər – bər işləyirəm.

Öncədən sizə özüm və ailəm adından minnətdarlığımı bildirirəm.

Hörmətlə: Mirzəyev Eşqin Ağayar oğlu. Tel: 077 – 345 – 76 – 76

Yazıda adı hallanan şəxslərində mövqeyini dinləməyə hazırıq.