Biləsuvarlılar daha bir şəhidini dəfn etdi-FOTOLAR
5-04-2016, 13:21
Oxunub: 2 340
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev vida mərasimində çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı verdi
4 aprel 2016-cı il tarixdə cəbhənin Füzuli rayonu istiqamətində erməni silahlı qüvvələrinin torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən gedən ağır döyüşlərdə qəhramancasına şəhid olan Azərbaycan ordusunun müddətdən artıq hərbi xidmət qulluqçusu Dəmirli Hüseyn Zeynal oğlu bu gün böyüyüb boya-başa çatdığı Biləsuvar şəhərində torpağa tapşırıldı.
Dəfn mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin əməkdaşları, şəhidin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhidin doğmaları iştirak etdilər.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev vida mərasimində çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı verdi və bildirdi ki, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş bütün əsgərlərimizin qisası güclü və qüdrətli ordumuz tərəfindən düşməndən alınır.Şəhidlərimizin əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.
Yaylım atəşi açıldıqdan sonra şəhid əsgər torpağa tapşırıldı.
Bolgexeber.com
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər