"Azərcell" abonentlərini soymaqla məşğuldur- 4 günə 71 man 60 qəpik...
5-04-2016, 15:04
Oxunub: 4 770
ABŞ-dan vətənə döndükdən sonra ilk "cərimə"ni "Azərcell"ə ödəməli oldum.
Bolgexeber.com afn.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu bildirib. Adıçəkilən mobil operatorun soyğunçuluğundan danışan ekspert daha sonra qeyd edib: "Dövlət tənzimlənməsinin düzgün həyata keçirilməməsinə görə, mobil operator şirkətləri özlərinin bazardakı hökmran mövqelərindən sui-istifadə edərək, mobil internet xidməti adı altında yüksək tariflər tətbiq edərək abonentlərini soymaqla məşğuldurlar. Mənim də 15 ildən artıq istifadəçisi olduğum "Azərcell"də fakturalı xidməti bərpa etdiyim son 4 gün ərzində istifadə olunmuş 179 megabayt görə 71 manat 60 qəpik borc yaranıb. Bu o deməkdir ki, 1 meqabayt internet xidmətinin tarifi 40 qəpikdən hesablanıb. Dünyanın əksər ölkələrində internet xidmətlərinin tarifləri sürətlə ucuzlaşdığı halda, Azərbaycanda mobil operatorlar bazardakı oliqopol mövqelərindən yararlanaraq mobil internet tariflərini yüksək saxlayaraq abonentlərinə artıq xərc yazmaqla məşğuldurlar.
Müqayisə üçün qeyd edim ki, son 1 ildə yaşadığım ABŞ-da "T-Mobilie" xidmətlərindən istifadə edən zaman limitsiz internet, ölkə daxili SMS və danışıq tarifləri də daxil olmaqla bütün paketə görə ayda 30 dollar ödəniş edirdim. Bununla yanaşı, həmin ölkədə istehlakçı rəyinə biznes və sosial şirkətlərin diqqəti yüksəkdir. Azərbaycanda isə yalnız 4 günlük mobil internetə 71,6 manat və ya 48 dollar ödəniş etməyi heç bir xərc kalkuliyası ilə əsaslandırmaq mümkün deyil. Bu problemin yalnız mənə deyil, bütün mobil telefon operatorlarının çoxsaylı abunəçilərinə aidiyyatı olduğunu nəzərə alaraq onu ictimailəşdirməyi məqsədəmüvafiq hesab etdim. Sizlərin rəylərinizə rəğmən növbəti addım bununla bağlı geniş müzakirənin təşkili olacaq".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər