BolgeXeber.Com » Xəbərlər » Qarabağda dava bitdi, amma Ağcabədidə yox... - Vəzifə davası...

Qarabağda dava bitdi, amma Ağcabədidə yox... - Vəzifə davası...

6-04-2016, 10:16
Oxunub: 3 049 Qarabağda dava bitdi, amma Ağcabədidə yox... - Vəzifə davası...Ağcabədidə Təhsil Şöbəsinin müdiri postu uğrunda savaş başlayıb

Savaşa səbəb olan şəxs isə elə rayonun icra başçısı Şahin Məmmədovdur. Bu barədə JAM.AZ-a rayon İcra Hakimiyyətindəki mənbələrdən məlumat daxil olub.

Məlumatda deyilir ki, Şahin Məmmədov özünün birinci müavini, biologiya müəllimliyindən bu posta gətirilən Nayibə Mustafayevanı Təhsil Şöbəsinə müdir təyin etdirmək istəyir. Hazırda bu vəzifədə əyləşən Mehdi Əhmədovun müəllim kimi, Ağcabədidə böyük nüfuzu olsa da, pensiya yaşının çatması səbəbindən işdən çıxarılacağı istisna edilmir. Hətta icra başçısı əksər toplantı və məclislərdə də açıq şəkildə bəyan edir ki, Mehdi Əhmədovun getmək vaxtı çatıb.

JAM.AZ-a verilən məlumata görə, icra başçısının istəyindən asılı olmayaraq, Təhsil Nazirliyi sözügedən şəxsin daha bir neçə il postunda qalmasına etiraz etmir. Qeyd edilir ki, Mehdi Əhmədovun yaxşı müəllim olması nazirlikdə də onunla bağlı müsbət fikrin yaranmasına səbəb olub. Bu isə Şahin Məmmədovun Nayibə Mustafayeva planını pozduğundan müəyyən addımlar atmaq istəyir.

Gələn son xəbərlərə görə, Nayibə Mustafayeva artıq bəzi məktəb direktorları ilə gizli danışağa gedərək, onlar vasitəsi ilə hazırkı Təhsil Şöbəsinin müdiri haqqında kompromat materiallar toplayır. Şöbə müdirliyini ələ keçirmək üçün ciddi cəhdlə hazırlaşan icra başçısının müavini artıq əlindəki bəzi faktları mətbuata ötürməyi düşünür.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.