Şəhid baş leytenant Bərdədə torpağa tapşırıldı- FOTO
6-04-2016, 10:22
Oxunub: 5 029
Yaylım atəşi açıldıqdan sonra şəhid əsgər torpağa tapşırılmışdır
Aprelin 5-də cəbhənin Füzuli rayonu istiqamətində erməni silahlı qüvvələrinin torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən gedən ağır döyüşlərdə qəhramancasına şəhid olan Azərbaycan ordusunun baş leytenantı Həsənov Ziya Niyazi oğlu bu gün böyüyüb boya-başa çatdığı Bərdə şəhərində torpağa tapşırıldı.
Dəfn mərasimində Bərdə Rayon İcra Hakimiyyətinin Başçısı Vidadi İsayev, hüquq mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin əməkdaşları, şəhidin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhidin doğmaları, minlərlə insan iştirak etdilər.
Dəfn mərasimində çıxış edən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənəvi-Psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani, Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev vida mərasimində çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı veriblər və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş bütün əsgərlərimizin qisası güclü və qüdrətli ordumuz tərəfindən düşməndən alındığını bildiriblər.
Mərasimdə müharibə veteranı Gəray Əsədov, şəhid Ziya Həsənovun təhsil aldığı şəhər 4 saylı tam orta məktəbin müəllimi Tofiqə Məmmədova, şəhidin atası Niyazi Həsənov çıxış edərək torpağımızın belə oğulların qanı ilə Vətən olduğunu bildirmiş, şəhid olmuş oğullara rəhmət diləmiş, onların əziz xatirəsinin daim qəlblərdə yaşayacağını bildirmişlər. Şəhid zabit Ziya Həsənovun nəşi Bərdə Şəhidlər qəbristanlığında torpağa tapşırılmışdır. Onun tabutu üzərindəki bayraq əbədi saxlanılmaq üçün atası Niyazi Həsənova təqdim edilmişdir. Yaylım atəşi açıldıqdan sonra şəhid əsgər torpağa tapşırılmışdır. Dəfn mərasiminin sonunda Dövlət Himni səsləndirilmişdir.
Bolgexeber.com



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər