BolgeXeber.Com » Xəbərlər » Füzuli sakinləri: Düşmənin dinc sakinləri hədəf seçməsi, onların qorxaqlığını, acizliyini göstərir
Füzuli sakinləri: Düşmənin dinc sakinləri hədəf seçməsi, onların qorxaqlığını, acizliyini göstərir
7-04-2016, 10:16
Oxunub: 3 528
Hazırda Füzuli rayonunda əhali arasında yüksək vətənpərvərlik əhval-ruhiyyəsi, ordu-xalq birliyi hökm sürür
Aprelin 1-dən 2-ə keçən gecə erməni hərbi birləşmələrinin Füzuli rayonunun təmas xəttində törətdiyi növbəti təxribat xarakterli hərəkətlər, təmas xəttinə yaxın ərazilərdə yerləşən kəndlərin intensiv olaraq tanklardan, toplardan və digər artireliya qurğularından istifadə olunmaqla mütəmadi atəşə tutulması fonunda rayonunda əhalinin əhval ruhiyyəsi yüksək səviyyədədir. Düşmənin təxribat xarakterli hərəkətlərinə layiqli cavab verən ordumuzun cəbhənin bütün istiqamətlərində qələbə qazanması bütün Azərbaycan vətəndaşlarının, o cümlədən füzulililərin qəlbini qürur hissi ilə doldurmuşdur. Cəbhə xətti boyunca yerləşən Alıxanlı, Şükürbəyli, Mirzənağılı, Qazaxlar kəndlərinin sakinləri evlərini tərk etməyərək, gündəlik təsərrüfat işləri ilə məşğul olur, öz məişət qayğılarını həll edirlər. Bu rahatlıq və inam isə Azərbaycan dövlətinə və onun ordusuna inamdan qaynaqlanır.
Hazırda Füzuli rayonunda əhali arasında yüksək vətənpərvərlik əhval-ruhiyyəsi, ordu-xalq birliyi hökm sürür. Rayonun gəncləri, müharibə veteranları Ali Baş Komandan cənab İlham Əliyevin əmrini gözlədiklərini, hər an döyüşə atılmağa hazır olduqlarını bildirirlər.
Düşmənlə təmas xəttində yerləşən Mirzənağılı kənd sakini, ağsaqqal Telman Səmədov, Qazaxlar kəndindən ağsaqqal Bayandur Şirinov, Alıxanlı kənd sakini ağsaqqal Camal Quliyev və başqaları son günlər cəbhə xəttində baş verən intensivlikdən qorxmadıqlarını, ordumuza inandıqlarını, güvəndiklərini bildiriblər. Rayon sakinləri qeyd edirlər ki, ermənilərin dinc sakinləri hədəf seçməsi, onların qorxaqlığının, acizliyinin nümunəsidir. Füzulililər inanırlar ki, ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında işğal olunmuş torpaqlarımızı qısa müddət ərzində işğaldan azad ediləcəkdir.
Düşmənin Azərbaycan əsgəri qarşısında tab gətirməyərək darmadağın olması, qaçması füzulililəri bir daha əmin etdi ki, xalqımızı qoruyan güclü ordumuz və ölkəyə rəhbərlik edən müdrik Prezidentimiz, Ali Baş Komandanımız var.
Bolgexeber.com





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər