BolgeXeber.Com » Xəbərlər » Qax rayon 16 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun özündənrazılığı

Qax rayon 16 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun özündənrazılığı

8-04-2016, 15:24
Oxunub: 2 699 Qax rayon 16 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun özündənrazılığı O da tipik əmircanlı olaraq başa keçməyi xoşlayandı və bu istəyinin gücündəndi ki, idarə rəisi vəzifəsinədək yüksəlib

Elə bilirdik Əmircan adlı kənd bircə Bakının Suraxanı rayonundadır. Amma sən demə, eyni adlı kənd paytaxtdan xeyli uzaqda yerləşən Qax rayonunda da varmış. Qax rayonunun Muğal inzibati ərazi vahidində yerləşən bu kənd dağətəyi ərazidədir. XIX əsrə aid mənbələrdə Əmircanlı variantında qeydə alınmışdır. Yaşayış məntəqəsi XVIII əsrdə İlisu və Sarıbaş kəndlərindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Əmircanlı orada məskunlaşmış bir nəslin adıdır.

Əmircanın özəlliyinə varanda məlum olur ki, bu kəndin sakinlərini başqa yerlərin adamlarından fərqləndirən bəzi xüsusiyyətləri ilə seçilirlər. Belə ki, onlar özlərini sevən, bir-birinin qədrini bilən, iştirak etdikləri məclislərdə yuxarı başda əyləşməyi sevən, öz həmkəndlilərini də başa keçirən toplumdur. Bu cəhətləri özünü o qədər qabarıq şəkildə büruzə verir ki, kəndə təşrif buyuran qonaqlar da dərhal müşahidə edirlər. Deyilənə görə, hətta kəndin qonaqlarından biri yerlilərin belə münasibətindən sıxılaraq, sonradan lətifəyə çevrilmiş naqolay hərəkətə yol verib, dilinə giley-güzar gətirib. Nə isə, Qaxın şifahi folkloruna da düşmüş həmin lətifəni qələmə almaq fikrindən vaz keçdim. Çünki o məchul qonağın özündə də az günah görmürəm. Hörməti olan şəxs harada oturdusa, o yer o məclisin başı hesab olunur.

Bu məqamın üstündə dayanmaqla əsla əmircanlıların qonaqpərvərliklərinə kölgə salmaq istəməzdim. Bütün qaxlılar kimi onların qəlbləri də süfrələri kimi genişdir, hər biri də bir insan materialı kimi öyrənilməyə, tədqiq edilməyə layiq şəxsiyyətlərdir. Götürək elə Qax rayon 16 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovu. O da tipik əmircanlı olaraq başa keçməyi xoşlayandı və bu istəyinin gücündəndi ki, idarə rəisi vəzifəsinədək yüksəlib. Adamın ambisiyaları çox güclüdü, daha yüksək vəzifələrə layiq olduğu qənaətindədir. Bu ambisiozluğu işçiləri ilə davranışında da özünü göstərir. Başqa həmkarlarına nisbətən KİV-ə məlumatlar verməkdə maraqlıdır. Amma bu xasiyyəti də onun fəaliyyətində şəffaflığı, ictimai hesabatlılığı təmin etməsindən deyil, özünü gözə soxub başda görünmək istəməsindən irəli gəlir. Hərçənd, jurnalistlərlə ünsiyyətdə onun da cavab verməkdən yayındığı bəzi suallar vardır. Gələn sayımızda Əhməd müəllimin idarəyə ayrılan dövlət vəsaitini necə "səmərəli" və "təyinatı üzrə" xərcləməsinə dair məlumatları təqdim edəcəyik.sonolay.org