BolgeXeber.Com » Xəbərlər » Dəniz Administrasiyasının rəhbərliyini kim himayə edir? - İlginc iddialar

Dəniz Administrasiyasının rəhbərliyini kim himayə edir? - İlginc iddialar

11-04-2016, 15:20
Oxunub: 3 015 Dəniz Administrasiyasının rəhbərliyini kim himayə edir? - İlginc iddialarDövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanova birbaşa bağlı olan şəbəkə hər bir dənizçidən hər bir sertifikata görə 150 manat tələb edirAzərbaycan Dövlət Dəniz Administrasiyasında baş verən özbaşınalıq və qanunsuzluqlarla bağlı mətbuatda geniş yazılar dərc olunub.

Lakin Dəniz Administrasiyanın rəisi Qüdrət Qurbanovun "Azimport” şirkətinin keçmiş rəhbəri Rəşad Məmmədovla olan biznes əlaqələrindən tutmuş, iş adamı Qəmbər Səfərova məxsus gəmini özünküləşdirməsinədək yol verdiyi qanunsuzluqlarla bağlı heç bir tədbir görulməyib. Görünür, Qudrət Qurbanovu himayə edən yüksək vəzifəli şəxslər hüquq-mühafizə orqanlarının onun barəsində hansısa hərəkəti etməsinə mane olur. Qudrət Qurbanovun cəzalandırılması üçün kifayət qədər əsası elə mediada səslənən ittihamlarda da tapmaq olar.

Mediada yazılanlara inansaq, Qudrət Qurbanov hazırda həbsdə olan Rəşad Məmmədovla əlbir olaraq "dövlət əhəmiyyətli layihə” adı altında keçən il Səbail rayonu, Xanlar küçəsi, 1 ünvanda yerləşən 26 qarajı söküb. Əvəzində isə qaraj sahiblərinə kompensasiya verilməyib. Mediada yazılanlara inansaq, Qudrət Qurbanov həmin ərazidə çoxmərtəbəli bina tikmək niyyətindədir. Yaşanan qalmaqal böyük səs-küyə səbəb olmuşdu. Qaraj sahiblərindən birinin əcnəbi olması belə Qudrət Qurbanovu bu niyyətindən çəkindirməmişdi. Məhkəmə qaraj sahiblərini şikayətlərini təmin etsə də ancaq Qudrət Qurbanov FHN vasitəsi ilə həmin ərazidə yenidən qarajların tikilməsinin qarşısını alıb.

Daha bir başqa ittihamda vəkil Əyyub Kərimli müdafiə etdiyi müvəkkili Qəmbər Səfərovla Qudrət Qurbanov arasında yaşanan mübahisəyə diqqət çəkib: "Qəmbər Səfərov adlı şəxs 2003-cü ildə Rusiyanın Həştərxan vilayətindən gəmi alıb: "Yunıy Moryak” adlı bu gəmi ilə bağlı alqı-satqı müqaviləsi 2003-cü il fevralın 20-də imzalanıb. Fevralın 28-də təhvil-təslim işləri yekunlaşıb. Bundan sonra Qəmbər Səfərov bir neçə ay gəmini təmir etdirib. Gəmi Bakıya gətiriləndən sonra hansısa "Mərdəkan Broyler” adlı şirkət Dövlət Dəniz Administrasiyasının dəstəyilə gəmini ələ keçirib. Saxta alqı-satqı müqaviləsi tərtib olunub. Müqavilənin saxta olduğunu sübut edən kifayət qədər fakt var. Bir neçəsini sadalamaq istəyirəm. Təsəvvür edin, Qəmbər Səfərov gəmini fevralın 20-də alıb. Amma "Mərdəkan Broyler”lə Qəmbər Səfərov arasında imzalandığı iddia edilən saxta müqavilədə tarix yanvarın 9-u göstərilib”.

Mediada həmçinin Dövlət Dəniz Administrasiyasının rəisi Qudrət Qurbanovun dənizçilərin maaşlarına belə göz dikdiyi barədə də ittihamlar yer alıb. Həmin ittihamlarda bildirilir ki, dənizçilər hər dəfə dənizə çıxmamışdan əvvəl Dövlət Dəniz Administrasiyasına qazancının müəyyən bir hissəsini rüşvət olaraq verməyə məcbur olur. Çünki başqa cür dənizə çıxmaq imkanı olmur. Belə ki, dənizə çıxmaq üçün hər bir matros, bosman və digər dənizçilər müxtəlif sertifikatlaırı almalıdır. Xəzərdə və yaxud dünya sularında üzməsindən, həmçinin böyük, ya da kiçik gəmilərdə üzməsindən asılı olaraq hər bir dənizçiyə 7, ya da 8 sertifikat verilir və bu serifikatları dənizçilər Dövlət Dəniz Administrasiyasından verirlər. Bu qurumda isə sertifikatları sadəcə satırlar. Həm də açıq bazardakı kimi. Belə ki, məlumatlandıran dənizçinin bildirdiyinə görə sertifikatlara görə ödənilən dövlət rüsumundan başqa hər bir dənizçi bu qurumda fəaliyyət göstərən və söyləntilərə görə Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanova birbaşa bağlı olan şəbəkə hər bir dənizçidən hər bir sertifikata görə 150 manat tələb edir. Tələb olunan məbləğ verilmədikdə isə, təbii ki, dənizçi sertifikatları ala bilmir və bu səbədən də dənizə çıxa bilmir.
Bu yolla Dövlət Dəniz Administrasiyasında külli-miqdarda rüşvət toplanılır.

Yenə mediada yazılanara inansaq, görərik ki, Dövlət Dəniz Administrasiyasında Qüdrət Qurbanov təkcə sertifikat alveri ilə öz cibini doldurmur. Qüdrət Qurbanovun ən böyük gəlir yerlərindən biri də matroslara verilən diplomların «satışı»dır. Belə ki, matros diplomunun alış qiyməti 3000 manat, bosman diplomunun alış qiyməti 5000 manat və diplomun dəyişmə qiyməti isə 700-1000 manat arasındadır.

AzToday.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, Dəniz Administrasiyasının rəhbərliyi tabeçiliyində olan dövlət qurumundan imkanlarından restoran və kafe biznesi üçün istifadə edir. Həmin restoranlardan böyük gəlir əldə etdikləri bildilir.