Bayrağın qiymətini qaldıranlara XƏBƏRDARLIQ
11-04-2016, 18:57
Oxunub: 3 726
Cəbhədə vəziyyətin gərginləşməsi ilə birlik nümayiş etdirən Azərbaycan xalqı orduya dəstək məqsədilə ölkənin müxtəlif yerlərində dövlət atributlarından daha geniş istifadə etməyə başlayıb
Bayrağımızı xüsusilə iri ticarət mərkəzlərinin girişindən, eyvanlardan, avtomobillərin şüşələrindən, parklardakı hündür ağaclardan asılan görürük. Orduya dəstək məqsədilə təşkil edilən aksiyalarda insanlar mütləq surətdə bayraqla iştirak edirlər.
Bu günlərdə milli atributumuza artan tələbatdan istifadə edən işbazlar üçrəngli bayrağın satış qiymətini bahalaşdırıb. Belə ki, əvvəllər ölçüsündən asılı olaraq 3-4 manata təklif edilən bayraqlar, 5-8 manata, 7-8 manat dəyərində olan bayraqlar 10-14 manata, nisbətən böyük ölçüdə olan və əvvəllər 20 manata təklif edilən bayraqlar isə hazırda 25 manata satılır.
İqtisasiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az saytına bayrağın bahalaşması ilə bağlı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət daxil olmadığını bildirib:
“Bununla belə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bayraq satışını həyata keçirənlərə məsələyə həssaslıqla yanaşmalarını tövsiyə edir. Bayraqların daha çox alınması vətənpərvərlik hissinin daha da yüksəlməsindən xəbər verir”.
A.Əliyev bildirib ki, bayraq satışı ilə məşğul olanlar dövlət atributuna artan tələbatdan dolayı milli atributumuzu daha ucuz qiymətə təklif etsələr yaxşı olar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər