“İvanovka”dan milçək çıxdı - FOTO
12-04-2016, 08:59
Oxunub: 11 302
Bakıda "İvanovka” adı ilə satışda olan şordan milçək çıxıb
Vizual.az-a göndərilən fotodan görmək olar ki, qablaşdırılmış, "Uzun ömür” nişanlı məhsulun içərisində həşərat var.
Ölkənin hər yerində satışda olan "İvanovka” məhsulları ilə bağlı şikayətlər artıq kütləviləşməkdədir. Bu faktdan qabaq da bir neçə belə hal olub. Firmanın xama, kəsmik, şor, qaymaq və başqa ağartı məhsullarının içərisindən ya həşərat çıxıb, ya vaxtı ötmüş məhsul olub.
Ekspertlərin fikrincə, bazarda "İvanovka” adında bir neçə müəssisə var. İqtisadiyyat və Sənaye Nazirliyi bir müddət əvəvl də "İvanovka adı ilə saxta məhsullar satan firma aşkarlayıb. Ancaq göründüyü kimi, alıcılar hələ də bu problemlə qarşılaşır.
Aidiyyati qurumlar təcili şəkildə "İvanovka” firması ilə bağlı araşdırmalara başlamalı, reydlər keçirilməlidir. Əks halda, firma məhsulları ilə müştəriləri zəhərləməkdədir. Görünür, istehsalçıları alıcıların sağlamalığı deyil, biznes gəlirlərini hər nə yolla olursa-olsun böyütmək maraqlandırır. Vizual.az-a növbəti dəfə "İvanovka” haqda fotofakt göndərən oxucularımız bu şirkətin məhsullarından satmamağa və almamağa çağırır. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər