BolgeXeber.Com » Xəbərlər » Bərdədə “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda regional forum keçirilib
Bərdədə “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda regional forum keçirilib
12-04-2016, 18:31
Oxunub: 4 194
Bərdə şəhərində Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda regional forum keçirilib
Bolgexeber.com xəbər verir ki, forumda Yuxarı Qarabağ, Kəlbəcər-Laçın iqtisadi rayonlarına daxil olan rayon və şəhərlərin, habelə Bərdə və ətraf rayonların gənclər və idman idarələrinin əməkdaşları, gənclər təşkilatlarının nümayəndələri, fəal gənclər iştirak edib.
Forum iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzüblər. Sonra istedadlı və yaradıcı gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbirdə çıxış edən Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Fəqət Şadlinskaya ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətindən, azərbaycançılıq ideyasından danışıb. Bildirib ki, ölkəmizin hər yerində olduğu kimi, Bərdə rayonunda da dövlət gənclər siyasəti uğurla həyata keçirilir. Gənclərin məşğulluğunun təmin edilməsi, təhsili, hərtərəfli inkişafı, vətənpərvər ruhda tərbiyəsi istiqamətində ardıcıl iş görülür.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında bildirib ki, bu gün xalqımız tarixinin şanlı səhifəsini yaşayır. Son günlər cəbhədə baş verənlər Azərbaycan dövlətinin, ordumuzun qüdrətini bir daha nümayiş etdirdi. Xalqımızın, gənclərin yüksək vətənpərvərlik ruhunun şahidi olduq. Eyni zamanda dövlət başçısının apardığı uğurlu siyasətin nəticəsi olaraq, dünya miqyasında Azərbaycana dəstək göstərildi.
İntiqam Babayev qeyd edib ki, bu gün Azərbaycan gənci nəinki ölkə daxilində gedən proseslərdə fəallıq göstərir, eləcə də beynəlxalq miqyasda müxtəlif sahələrdə ölkəmizi layiqincə təmsil edir.
Forum işini panel müzakirələri ilə davam etdirib. Müzakirələrdə Azərbaycanda, o cümlədən Yuxarı Qarabağ, Kəlbəcər-Laçın iqtisadi rayonlarına daxil olan rayon və şəhərlərdə, habelə Bərdə və ətraf rayonlarda gənclər arasında vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik ideyalarının təbliği, regionlarda dövlət gənclər siyasətinin həyata keçirilməsi, gənclərin intellektual inkişafı, regionlarda gənclərin sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi və məşğulluğu, vətəndaş cəmiyyətinin formalaşmasında gənclərin iştirakı mövzuları, habelə gələcək dövrdə qarşıda duran mühüm məsələlərlə bağlı müzakirələr aparılıb.
Gənclər müzakirə olunan mövzularla, həmçinin aprelin əvvəllərində cəbhədə baş verən hadisələrə bağlı fikirlərini ifadə ediblər. Bildirilib ki, Azərbaycan gəncliyi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizəyə, döyüşlərə atılmağa hazırdır.
Regional forumda dövlət gənclər siyasətinin həyata keçirilməsində fəallıq göstərən bir qrup gəncə fəxri fərmanlar təqdim edilib. Forum konsert proqramı ilə başa çatıb.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər