BolgeXeber.Com » Xəbərlər » Ombudsman: Azərbaycanda qızını qumarda uduzan atalar var

Ombudsman: Azərbaycanda qızını qumarda uduzan atalar var

13-04-2016, 14:49
Oxunub: 2 442 Ombudsman: Azərbaycanda qızını qumarda uduzan atalar var“Ailələrin dağılmasına digər səbəblərdən biri də narkomaniyadır”

Ailə İnstitutunun zəifləməsinin əsas səbəbi məişət zorakılığı, erkən nikahlar, valideynlərin məsuliyyətsizliyi, boşanmalar və bundan qaynaqlanan aliment problemidir. Ölkədə boşanmaların sayı durmadan artır. Əvvəllər kiminsə övladı boşananda hadisə olurdu, ancaq indi yeni ailə quran gənclər çox asan şəkildə evliliklərini bitirir. Təhlillər göstərir ki, bunun əsas səbəbi erkən və məcburi nikahlardır.Bolgexeber.com Report-a istinadən xəbər verir ki, bunu İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova bu gün Milli Məclisdə "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.Ombudsman bildirib ki, Azərbaycanda qeydiyyata alınmayan nikahların sayı da çoxdur: "Bu da əsasən kəndlərdə və rayonlarda olur. İnsanların intellektual və psixoloji baxımdan uyğunsuzluğu da boşanmalara gətirib çıxaran əsas amillərdəndir. Kimisə zorla ərə verirlər və nəticədə uyğun dilə gələ bilməyərək ümumi fikrə gələ bilmirlər. Ailələrin dağılmasına digər səbəblərdən biri də narkomaniyadır. Eyni zamanda, qumar oyunları da bu qəbildən olan problemlərdəndir. Bizə ərizələrlə müraciət edirlər ki, qumar oyununda qızını uduzan atalar olur. Cinsi zorakılıqlar və bu yolla yoluxan xəstəliklər də bu sıradadır".O, əxlaqsızlıq yuvalarının çoxluğundan da şikayətlənib: "Ailə İnstitutunun dağılmasında bunun da xüsusi rolu var. Qızlara ailədə ayrı-seçkilik çox qoyulur. Nə qədər bunu inkar etsək də, reallıq belədir. Ana bətnində olanda dölün cinsini müəyyən etmək mümkündür. Ailə övladın qız olduğunu biləndə onu tələf etdirirlər. Statistik rəqəmlərə nəzər yetirdikdə görərik ki, dünyaya gələn körpələr arasında qızların göstəricisi 46, oğlanların sayı isə 54 faiz təşkil edir. Bu da böyük demoqrafik dəyişikliklərə səbəb olur".E.Süleymanova ailə üzvlərinin bir-birlərinə güzəştə getməsinin vacibliyini də vurğulayıb:
"Bu gün ailələrdə hövsələsizlik baş alıb gedir. Ailədə bir-birinə güzəştə getmək hissini tərbiyə etmək lazımdır. Ailədə münaqişələrin aradan qaldırılması ictimai təşkilatların əsas vəzifələrindən biridir. Çox hallarda qadınların hüququ pozulmuş olur".