BolgeXeber.Com » Xəbərlər » Bərdədə “Məntiq və maraq” adlı bilik yarışması keçirildi-FOTO

Bərdədə “Məntiq və maraq” adlı bilik yarışması keçirildi-FOTO

14-04-2016, 14:54
Oxunub: 3 249  Bərdədə “Məntiq və maraq” adlı  bilik yarışması  keçirildi-FOTO13.04.2016-cı il tarixdə Bərdə rayon Mərkəzi Kitabxana Sisteminin Uşaqlara xidmət şöbəsində “Məntiq və maraq” rubrikası adı altında növbəti bilik yarışması keçirildi

Tədbiri giriş sözü ilə Uşaqlara xidmət şöbəsinin müdiri S.Süleymanova açdı. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

S.Süleymanova əzəli və əbədi torpaqlarımız olan Qarabağ uğrunda gedən döyüşlərdən bəhs edərək qeyd etdi ki, şəhidlik ömürün zirvəsidir. Bu yolu torpağı, Vətəni canlarından əziz tutanlar gedirlər. Qəhrəmanlıq təsadüfi meyl və məvhum deyil. Qəhrəmanlıq zaman yetişəndə təzahür edərək dövlətinin və millətinin xilaskarına çevrilir. Vətən uğrunda, torpaq uğrunda ölmək, şəhidlik zirvəsinə yüksəlmək daha böyük xoşbəxtlikdir. Qəhrəmanları torpaq yetişdirir, torpağı isə qəhrəmanlar qoruyur və yaşadır. Hər parçasında minlərlə şəhid uyuyan bu torpaq igid babalardan bizə əmanətdir. Hər bir daşı, cığırı, damlası, zərrəsi də müqəddəsdir bu torpağın. Bu torpağı biz də göz bəbəyimiz kimi qoruyub saxlamalıyıq. Bu hər birimizin müqəddəs borcudur.

Sonra S.Süleymanova məktəblilərə Vətənə, xalqa layiqli övlad olmağı arzuladı.

Söz jurnalist Şükufə xanım Əliyevaya verildi. O, çıxış edərək məktəblilərə müvəffəqiyyətlər arzuladı. Torpaq uğrunda şəhid olan qəhrəmanlarımızın qəhrəmanlıqlarından söz açdı. Sonra isə igid oğullara həsr etdiyi şerini söylədi.

Tədbirin qonaqlarından şairə Bəsdi xanım Cəfərzadə çıxış edərək yarışmaçılara müvəffəqiyyətlər arzuladı, öz şerlərini söylədi.

Tədbirdə şəhər 2, 4, 6 saylı orta məktəbin şagirdləri iştirak edirdi. Bu günkü yarışmanın suallarının çoxu vətənpərvərlik mövzusuna həsr edilmişdi. Şəhər 6 saylı orta məktəbin şagirdləri daha çox bal topladılar.

Məktəblilərdən Nərgiz Hüseynova, Elgün Mənsimov, Nərmin Xəlılova, Əminə Hacıyeva, Nərgiz Hüseynova, Bəxtiyarlı Fərid , Rəsul Aslanov və başqaları vətənə, qəhrəmanlara həsr edilmiş mahnılar və şerlər söylədilər.

Tədbiri keçirməkdə məqsəd uşaqları kitabxanaya cəlb etmək, onlarda mütaliəyə həvəs yaratmaq, sərbəst düşünmə qabilliyyətinin daha da inkişaf etməsinə müəyyən mənada kömək etməkdir.
Bolgexeber.com
 Bərdədə “Məntiq və maraq” adlı  bilik yarışması  keçirildi-FOTO
 Bərdədə “Məntiq və maraq” adlı  bilik yarışması  keçirildi-FOTO
 Bərdədə “Məntiq və maraq” adlı  bilik yarışması  keçirildi-FOTO
 Bərdədə “Məntiq və maraq” adlı  bilik yarışması  keçirildi-FOTO
 Bərdədə “Məntiq və maraq” adlı  bilik yarışması  keçirildi-FOTO
 Bərdədə “Məntiq və maraq” adlı  bilik yarışması  keçirildi-FOTO