Hacıqabulda birinci rübün yekunları müzakirə olundu
14-04-2016, 14:58
Oxunub: 3 639
Aprelin 13-də Hacıqabul rayon İcra Hakimiyyətində 2016-cı ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş şura iclası keçirildi
Şura iclasında RİHB-nın şəhər, qəsəbə, kənd İƏD üzrə nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri və idarə, müəssisə rəhbərləri iştirak edirdi.
Yığıncağı rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarov açaraq aprel ayının 10-da Respublika Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkəmizin sürətli inkişafının Prezident İlham Əliyev tərəfindən bir daha diqqətə çatdırıldığını vurğulamışdır. RİH Başçısı son vaxtlar ordumuzun əldə etdiyi qələbələrdən danışmış, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
RİH Başçısı onu da qeyd etmişdir ki, 2016-cı ilin birinci rübündə bütün sahələrdə əldə olunan uğurlar, nailiyyətlər məhz ölkə prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişafın məntiqi nəticəsidir.
Sonra 2016-cı ilin birinci rübündə Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunları barədə RİHB-nın məruzəsi dinlənildi. Məruzədə qeyd edildi ki, respublikamızın digər rayonları kimi Hacıqabulda da mühüm işlər görülmüş, ümumi məhsul buraxılışının həcmi, iqtisadiyyatın bütün sahələrinə yönəldilmiş əsas kapitala investisiyanın həcmi, aqrar sahənin, məhsuldarlığın, heyvandarlığın, tikintinin həcmi xeyli artmışdır.
Hesabat yığıncağında məruzə və çıxışlar dinlənilərək RİH Başçısının 2016-cı ilin birinci rübündə gördüyü işlər qənaətbəxş hesab olundu. Müvafiq qərar qəbul edildi.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər