BolgeXeber.Com » Xəbərlər » Onun rəqibi uzaqda deyilmiş... - Bakı meri postuna kim göz dikib...

Onun rəqibi uzaqda deyilmiş... - Bakı meri postuna kim göz dikib...

14-04-2016, 16:28
Oxunub: 2 619 Onun rəqibi uzaqda deyilmiş... - Bakı meri postuna kim göz dikib...Maraqlı olan isə ondan ibarətdir ki, görəsən, Vaqif Novruzov Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru kimi qarşısında duran vəzifədə özünü doğrulda bilibmi?

Azərbaycanda mühüm dövlət qurumlarına rəhbərlik edən şəxslərin daha yüksək vəzifəyə təyinat alması uğrunda apardıqları mübarizə heç kimə sirr deyil. Aldığımız məlumatlara görə, Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzov tutduğu vəzifə ilə kifayətlənmək istəmir, BŞİH başçısı olmaq istəyir.

Faktinfo.az saytına danışan şəxsin fikirlərinə istinasız inanırıq. Nəinki Vaqif Novruzov, uzun illər kresloları zəbt etmiş vəzifəlilərimizin 80%-i bu fikirdədir. Vaqif Novruzova gəlincə, o da digərləri kimi daha yüksək posta təyinat almaq fikrinə düşə bilər, burada pis heç nə yoxdur. Onun arzusunun reallaşıb-reallaşmaması da başqa zamanın mövzusudur. Maraqlı olan isə ondan ibarətdir ki, görəsən, Vaqif Novruzov Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru kimi qarşısında duran vəzifədə özünü doğrulda bilibmi? Bu gün paytaxt Bakıda vətəndaşlar tərəfindən yüzlərlə şikayət olunur ki, qəzalı ağacların yaratdığı təhlükəli vəziyyətlə bağlı tədbir görülsün, ağacları aqrotexniki xidmətin göstərilməsi mümkünləşsin, bu baş verirmi?! Yox! Bakıda qanunsuz ağac kəsintisi faktları yığışdırılsın, yığışdırılırmı?! Yox! Əksinə, sağlam ağacların kəsilməsi vətəndaşların gözü qarşısında baş verir, kəsilmiş ağacların yerində “obyekt”lər tikilir. Əlavə olaraq xarici ölkələrdən baha qiymətə tinglər alınır, torpağa basdırılır. Torpağa basdırılan körpə tinglərə sonradan normal göstərilməyən aqrotexniki qulluq sonda əkilmiş ağacların 20-30%-nin quruması ilə nəticələnir. Bu da hamısı deyil. BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin 10 min hektardan çox yaşıllıq ərazisinə göstərdiyi xidmətdən, maliyyə təsərrüfat fəaliyyətindəki nöqsanlardan, onun ölkənin ən nüfuzla şəxsləri ilə əlaqələrindən və s. danışmaq, mövzunu uzatmaq olar. Sadəcə təəssüf doğuran səbəb ondan ibarətdir ki, heç kim gördüyü işlə fərqlənib yüksəlmək, daha yaxşısına layiq olmaq istəmir, o cümlədən Vaqif Novruzov.