Əziz Əzizov Günəşli kəndində əhali ilə görüşüb
15-04-2016, 09:17
Oxunub: 3 439
Cəlilabad RİH-nin başçısı Əziz Əzizov növbəti səyyar qəbul-görüşünü aprelin 14-də Günəşli kəndində keçirmişdir
Görüşdə çıxış edən İcra başçısı aprelin 2-dən 5-dək rəşadətli Milli Ordumuzun düşmən təxribatının qarşısını alarkən göstərdiyi qəhrəmanlıqlar barədə geniş məlumat vermiş, ölkəmizin hər yerində olduğu kimi, Cəlilabadda da cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan qələbədən doğan ruh yüksəkliyini, xüsusilə gənclərin vətənpərvərlik ruhunun geniş vüsət almasını diqqətə çatdırmışdır.
İcra başçısı əhalinin rifah halının yaxşılaşdırılması ilə əlaqədar görülən tədbirlərdən danışaraq qeyd etmişdir ki, bu istiqamətdə bir sıra sosial proqram və layihələr icra edilir. Cənab Prezidentin son günlərdə imzaladığı Sərəncama əsasən respublikanın şəhər və rayonlarında sosial mənzillərin tikilməsi nəzərdə tutulmuşdur.
Bolgexeber.com xəbər verir ki, bu məqsədlə Mənzil İnşaatı Dövlət Agentliyinin yaradıldığını vurğulayan natiq imkansız ailələrin yaxın illərdə əlverişli qiymətə mənzil sahibi olacaqlarını söyləmişdir. Əziz Əzizov rayonumuzda aparılan abadlıq və quruculuq işlərindən söhbət açmış, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində görülən tədbirlər barədə, xüsusilə aqrar sahənin inkişafı ilə bağlı görüləcək işlərlə bağlı ətraflı məlumat vermişdir. Natiq çıxışında rayonda pambıqçılığı inkişaf etdirmək üçün mühüm addımlar atıldığını,rayonda 400 hektar ərazidə pambıq əkinin aparıldığını,400 artıq vətəndaşın işlə təmin olunacağını diqqətə çatdırmışdır.Görüşdə çıxış edən kənd sakinləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni təxribatçılarına qarşı cəbhədə qazanılan böyük uğurlardan, düşmənə endirilən sarsıdıcı zərbədən qürur duyduqlarını ən xoş sözlərlə ifadə etmiş, bütün cəlilabadların möhtərəm Prezidentimizin ətrafında sıx birləşdiklərini bildirmiş, cəbhədə qəhrəmanlıqla şəhid olmuş igid əsgərlərimizin şücaətindən danışmış, onların ruhları qarşısında baş əydiklərini söyləmişlər.Sonra sakinlər tərəfindən bir sıra təkliflər irəli sürülmüş, fərdi müraciətlər dinlənilmişdir.İcra başçısı vətəndaşların qaldırdıqları məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar vermiş, bir sıra məsələlər yerindəcə həllini tapmışdır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər