BolgeXeber.Com » Xəbərlər »  Polisdən əcaib cavab: “gəl səninlə birgə axtaraq”... - Nazirə şikayət olundu

 Polisdən əcaib cavab: “gəl səninlə birgə axtaraq”... - Nazirə şikayət olundu

15-04-2016, 11:21
Oxunub: 3 714  Polisdən əcaib cavab: “gəl səninlə birgə axtaraq”... - Nazirə şikayət olunduO, ailənin son ümidi olan avtomobilin tapılmasında aidiyyatı orqanların köməklik göstərməsini xahiş edir

Gəncə sakini Gülşad İsmayılova Şəmil qızı TİA.AZ-a məktub yazıb.

O, şəhərin 4-cü mikrorayon, bina 3, ev 11 ünvanında yaşadığını qeyd edib. Məktub müəllifi müraciətində bildirib ki, bu il martın 15-də oğlu İsmayılov Zaura məxsus VAZ 21-07 markalı 20 BZ 077 dövlət nömrə nişanlı avtomobili həyətdən oğurlanıb.
Avtomobilin Gəncə şəhər Polis İdarəsi tərəfindən axtarışa verilməsinə baxmayaraq , bu günə qədər heç bir nəticə əldə edilməyib. Ailəsini sürücülüklə dolandıran oğlunun çox çətin duruma düşdüyünü ürək ağrısıyla vurğulayan G.İsmayılova Prezident İlham Əliyevdən və daxili işlər naziri Ramil Usubovdan kömək istəyib.
Onun sözlərinə görə, oğlu polisə müraciət edərkən “gəl səninlə birgə axtaraq” cavabı verilib. Bu da ailəni narahat edib. O, ailənin son ümidi olan avtomobilin tapılmasında aidiyyatı orqanların köməklik göstərməsini xahiş edir:
“Cənab Ramil Usubov, Sizə edilən müraciətlərə hər zaman həssaslıqla yanaşmısınız. İnanırıq ki, bu müraciətimiz də nəticəsiz qalmayacaq. Oğlumun ailəsini dolandırmaq üçün yeganə qazanc mənbəyi bu maşındır. Onu oğurlayanların tezliklə tapılmasını istəyirik. Cənab nazir, son ümid yerimiz Sizsiniz. Xahiş edirik ki, bu barədə müvafiq göstəriş verəsiniz”.