BolgeXeber.Com » Xəbərlər » Hacıqabulda “Gənclərin vətənpərvər kimi yetişməsində ailənin və məktəblərin rolu” adlı tədbir

Hacıqabulda “Gənclərin vətənpərvər kimi yetişməsində ailənin və məktəblərin rolu” adlı tədbir

15-04-2016, 11:25
Oxunub: 10 217 Hacıqabulda “Gənclərin vətənpərvər kimi yetişməsində ailənin və məktəblərin rolu” adlı tədbirHacıqabul rayon Mədəniyyət və Turizm şöbəsinin təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Qarasu kənd klubunun, kitabxana filalının və Qarasu kənd Vüqar Mustafayev adına tam orta məktəbinin təşkilatçılığı ilə tədbir keçirildi

Tədbirdə Qarasu kənd klubunun müdiri Hüseynov Daşqın çıxış edərək bildirdi ki, Azərbaycan Ordusunun döyüş bölgəsində göstərdiyi qəhrəmanlıqlardan qürur duyuruq. Ali Baş Komandanımızın verəcəyi əmrlə hamılıqla torpaqlarımızın müdafiəsinə bir nəfər kimi qalxmağa hazır olduqlarını bildirdi. Qeyd etdi ki, hər bir xalqın tarixində elə taleyüklü hadisələr var ki, onilliklər, yüzilliklər keçdikdən sonra belə o, hadisələr unudulmur, xalqın yaddaşında, tarixində ən müqəddəs məqam kimi əbədiləşir. Azərbaycan-Ermənistan sərhədlərində 02.04.2016-cı il tarixində törədilmiş təxribat zamanı ordumuzun erməni quldurlarına layiqli cavab verməsi insanların qəlbində, yaddaşında əbədi qalacaqdır.
Sonra Vüqar Mustafayev adına məktəbin hərbi müəllimi Bəhruz İmanov çıxış edərək bildirdi ki, son dövrlər Qarabağ savaşı göstərir ki, Azərbaycan doğurdan da qəhrəmanlar diyarı, igidlər və cəsurlar məkanıdır. Xalqımızın igid oğlanları heç vaxt Vətəni darda qoymamışdır. Müqəddəs Vətən torpağı uğrunda canlarından keçmişlər.
19 saylı kitabxana filialının müdiri Şamil Azadov bu gün şagirdləri qəhrəman ruhda böyüdüb tərbiyə etdikləri üçün məktəbin rəhbərliyinə, onların müəllimlərinə və valideynlərinə minnətdarlığımı bildirirdi. Bildirdi ki, Şəhidlərimiz bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Şəhidlərin qisası alınacaq və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Heç kəs buna şübhə etməsin.
Bolgexeber.com
Hacıqabulda “Gənclərin vətənpərvər kimi yetişməsində ailənin və məktəblərin rolu” adlı tədbir
Hacıqabulda “Gənclərin vətənpərvər kimi yetişməsində ailənin və məktəblərin rolu” adlı tədbir
Hacıqabulda “Gənclərin vətənpərvər kimi yetişməsində ailənin və məktəblərin rolu” adlı tədbir