7 erməni əsgərini məhv edən yaralı hərbçimiz:Yenidən döyüşməyə hazıram
15-04-2016, 12:14
Oxunub: 3 366
"Ailəlidir, 3 və 5-ci siniflərdə oxuyan 2 oğlu var. Sumqayıtda evi olsa da, işi ilə əlaqədar Nafatalanda kirayədə yaşayır"
Aprelin 2-nə keçən gecə düşmən əlində olan strateji əhəmiyyətli Talış yüksəkliyinin geri alınmasında qəhrəmancasına döyüşən və ağır yaralanan Asif Novruz oğlu Rəsulov hazırda Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunur.
Bolgexeber.com bildirir ki, bu haqda modern.az-a onun yaxın qohumu Bəxtiyar Nuruşov məlumat verib.
O qeyd edib ki, Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşən Asif 7 erməni əsgərini məhv edib:
"Ermənilərə qarşı döyüşlərdə 5 güllə yarası alıb. Düşmən silahından açılan güllələr onun ayağını, çiynini, qolunu və qarnını deşib. Həmçinin çox sayda qəlpə yaraları var. Hətta həkimlər bədənində olan qəlpələrdən birini çıxarmamağı qərara alıblar. Döyüşlərdə 4 nəfər olublar və 3 nəfər həlak olub, yeganə sağ qalan Asifdir. Həkimlərin səyi nəticəsində həyati təhlükəsi sovuşub, anlaqlı vəziyyətdədir. Hazırda vəziyyətini orta ağır qiymətləndirirlər".
B.Nuruşovun sözlərinə görə, 1977-ci il təvəllüdlü A.Rəsulov Ağstafa rayonunda doğulub:
"Ailəlidir, 3 və 5-ci siniflərdə oxuyan 2 oğlu var. Sumqayıtda evi olsa da, işi ilə əlaqədar Nafatalanda kirayədə yaşayır".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər