BolgeXeber.Com » Xəbərlər » Taleh Qaraşov növbəti səyyar qəbul-görüşü Havzova kəndində keçirdi - FOTOLAR

Taleh Qaraşov növbəti səyyar qəbul-görüşü Havzova kəndində keçirdi - FOTOLAR

15-04-2016, 11:27
Oxunub: 2 845 Taleh Qaraşov növbəti səyyar qəbul-görüşü Havzova kəndində keçirdi - FOTOLARİcra başçısı sakinlərin fərdi müraciələrini dinləmiş, aidiyyati qurumların rəhbərlərinə tapşırıq və tövsiyələrini vermişdir

Aprelin 14-də Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov Havzova kəndində əhali ilə səyyar qəbul-görüşünü keçirmişdir. Görüşdə Havzava kənd İcra nümayəndəsi Qurban Quliyev ərazidə aparılan abadlıq-quruculuq işləri barədə məlumat vermiş, əhalini narahat edən problemləri diqqətə çatdırmışdır.

Bolgexeber.com xəbər verir ki, icra başçısı görüşdə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların xalqın rifah-halının yaxşılaşmasındakı misilsiz əhəmiyyətini qeyd etmiş və bu islahatların məntiqi nəticəsi olaraq ölkənin iqtisadi qüdrətinin gündən-günə artdığını, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdığını verğulamışdır. Natiq qeyd etmişdir ki, Azərbaycanın iqtisadi tərəqqisi, balanslaşdırılmış daxili və xarici siyasəti onun beynəlxalq aləmdə nüfuzunu da yüksəlmiş, dünya birliyini dəstəyini qazandırmışdır. Son günlərdə cəbbə bölgəsində Milli Ordumuzun düşmənə agır zərbələr vurması, işğal olunmuş ərazimizin bir qismini azad etməsini dünya ictimaiyyətinin də müdafiə etməsi bu dəstəyin bariz nümunəsi olduğunu, artıq Azərbaycan həqiqətlərinin qələbə çaldığını, Ermənistanın işğalçı dövlət kimi ifşa olunduğu bir daha sübut etdi.

İcra başçısı rayonun kənd və qəsəbələrinin bundan sonra da inkişaf edəcəyini qeyd edərək bu işdə əhalinin də yaxından iştiranının, torpaqları becərilməsinin vacibliyini söyləmişdir. Çıxış edən sakinlər cənab Prezidentin həyata keçirdiyi siyasəti ürəkdən bəyəndiklərini bildirib bundan sonra da cənab Prezidentin ətrafında sıx bilrləşdiklərini və Vətənə layiqincə xidmət edəcəklərini bildiriblər.

İcra başçısı sakinlərin fərdi müraciələrini dinləmiş, aidiyyati qurumların rəhbərlərinə tapşırıq və tövsiyələrini vermişdir.
Taleh Qaraşov növbəti səyyar qəbul-görüşü Havzova kəndində keçirdi - FOTOLAR