BolgeXeber.Com » Xəbərlər » “Qorxuram bu dünya unuda məni” adlı tədbir keçirildi-Bərdədə

“Qorxuram bu dünya unuda məni” adlı tədbir keçirildi-Bərdədə

15-04-2016, 15:48
Oxunub: 5 906 “Qorxuram bu dünya unuda məni” adlı tədbir keçirildi-BərdədəOnlar döyüşə atılmaq üçün Ali Baş Komandanın əmrini səbirsizliklə gözləyirlər

14 aprel 2016-cı il tarixdə Bərdə rayon Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə şəhid Alı adına şəhər 5 saylı tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin doğum gününə həsr olunan “Qorxuram bu dünya unuda məni” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Teymur Həmidov açaraq qonaqları təqdim etdi və Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin keçdiyi şərəfli ömür yolu barədə məlumat verdi. Vətənimizin azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəbin gənc “Şahin”lər komandasının üzvləri hərbi-vətənpərvərlik mahnısı ifa etdilər. Rayon Təhsil şöbəsinin müdiri,Respublikanın əməkdar müəllimi Rzaqulu Şərifov Alı Mustafayevin dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə, ekrana çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanındığından danışdı və qeyd etdi ki,Vətən uğrunda canından keçən övladlarımızın xidmətləri dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilir, xalqımız da şəhidlərimizin ruhunu hər zaman əziz tutur.Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov çıxışında Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin həyatının böyüməkdə olan gənc nəslə örnək olduğunu vurğuladı və Azərbaycan gənclərinin,eləcə də Bərdə gənclərinin Qarabağ savaşında göstərdikləri şücaətdən,ulu öndərin onlara verdiyi yüksək qiymətdən,ölkə Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə və müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan, gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün görülən işlərdən danışdı.Qarabağ Müharibəsi Veteranları, Əlilləri, Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Etibar Hüseynova, Azərbaycan Respublikası Uşaq Fondunun Bərdə rayon şöbəsinin sədri,veteran müəllim Ofelya Hüseynova,məktəbin direktor müavini,Respublikanın əməkdar müəllimi Minayə Nəbbaqi, Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov çıxışlarında qeyd etdilər ki, hazırda ölkəmizdə Vətən yolunda canından keçməyə hazır oğullarımızın olması ulu öndərin gənclərimizə aşıladığı vətənpərvərlik tərbiyəsinin bariz nəticəsidir.Son günlər təmas xəttində atəşkəsi daima pozan erməni qəsbkarlarına layiqincə cavab verən Azərbaycan Ordusunun qazandığı qələbələr,ölkəmizin bütün gəncləri kimi,cəbhə bölgəsində yerləşən Bərdəmizin gənclərində də xüsusi ruh yüksəkliyi yaratmışdır. Onlar döyüşə atılmaq üçün Ali Baş Komandanın əmrini səbirsizliklə gözləyirlər. Şəhidin doğum günü münasibətilə şağirdlər arasında keçirilmiş ”Alı ömrü” mövzusunda inşa-yazı müsabiqəsinin qalibləri Zeynəb Məmmədova (VII sinif) və Aysu Məmmədli (V sinif) öz yazılarını oxudular. Məktəb şagirdlərinin Şəhid Alının şeirləri əsasında hazırladıqları musiqili ədəbi- bədii kompozisiya tədbir iştirakçılarına təqdim olundu. Tədbirə məktəbin direktoru Teymur Həmidov yekun vurdu.
“Qorxuram bu dünya unuda məni” adlı tədbir keçirildi-Bərdədə
“Qorxuram bu dünya unuda məni” adlı tədbir keçirildi-Bərdədə
“Qorxuram bu dünya unuda məni” adlı tədbir keçirildi-Bərdədə
“Qorxuram bu dünya unuda məni” adlı tədbir keçirildi-Bərdədə
“Qorxuram bu dünya unuda məni” adlı tədbir keçirildi-Bərdədə
“Qorxuram bu dünya unuda məni” adlı tədbir keçirildi-Bərdədə
“Qorxuram bu dünya unuda məni” adlı tədbir keçirildi-Bərdədə