Çörəkdən dərman çıxdı, uşaq zəhərləndi - FOTOLAR
15-04-2016, 18:03
Oxunub: 3 244
Ağdam rayonunda marketlərədn birindən alınan çörəyin içindən dərman preparatının kağızı çıxıb
Hadisə rayonun Bənövşələr qəsəbəsində qeydə alınıb.
Cebhe.info-nun bölgə müxbirinin xəbərinə görə, qəsəbə sakini Qurbanov Elgiz Bəhlul oğlu ərazidə yerləşən marketlərin birindən aldığı çörəyi doğrayarkən içindən dərman preparatına adi kağızlar çıxıb. Kağız ailənin azyaşlı üzvu, Elgiz Qurbanovun oğlu Rza Qurbanovun yediyi çörək dilimində aşkarlanıb. Yediyi çörək səbəbindən zəhərlənən azyaşlıya qonşular tərəfindən yardım göstərilib. Hazırda onun vəziyyəti normal olsa da R.Qurbanov qida qəbul edə bilmir. Cebhe.info əməkdaşı həmin çörəyin haradan alındığı və harada istehsal edildiyi barədə araşdırmalara başlayıb. Məlum olub ki, həmin çörəyi mağazalara gətirən şəxs Ağdam sakini Əli adlı şəxs olub. O, Cebhe.info-nun sualına cavabında “Mən neçə ildir ki, Ağdam rayonu ərazisində marketlərə çörək satıram. Mənim Ağdam rayonu ərazisində satışını həyata keçirdiyim çörəklər əsasən Bərdə rayonunda iki istehsal müəssisəsində istehsal olunur. Onlardan biri “Qarabağ” çörək zavodudur. Digəri isə Zaur adlı bir sahibkarın kiçik sexidir” deyə bildirib.
Qeyd edək ki, bir neçə ay əvvəl də belə bir hadisə Ağdam rayonunun Əhmədağalı kəndində qeydə alınmışdı. Həmin hadisə zamanı çörəyin içərisindən siçan ölüsü çıxmışdı. Ümid edirik ki, aidiyyatı qurumlar öz mənafeləri naminə vətəndaşlara qənim kəsilən sahibkarlar barədə müvafiq ölçülər götürəcək. Hazırda əməkdaşlarımız məsələyə münasibət öyrənmək üçün hər iki istehsal obyektinin sahiblərindən məsələyə münasibət öyrənməyə çalışır. Ən yaxın müddətdə məsələylə bağlı digər materialları sizə təqdim edəcəyik.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər