BolgeXeber.Com » Xəbərlər » Bərdədə “Təbiətdə əmək və yaradıcı fəaliyyətlə tərbiyə metodu” mövzusunda seminar - Fotolar

Bərdədə “Təbiətdə əmək və yaradıcı fəaliyyətlə tərbiyə metodu” mövzusunda seminar - Fotolar

15-04-2016, 19:30
Oxunub: 5 155 Bərdədə “Təbiətdə əmək və yaradıcı fəaliyyətlə tərbiyə metodu” mövzusunda seminar - Fotolar15 aprel 2016-cı il tarixdə Bərdə rayon Təhsil şöbəsinin konfrans zalında Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “15 aprel Beynəlxalq Ekoloji Bilik Günü” münasibətilə “Təbiətdə əmək və yaradıcı fəaliyyətlə tərbiyə metodu” mövzusunda seminar keçirildi

Seminara rayon məktəblərinin coğrafiya,bioloğiya,”Həyat bilgisi” fənni müəllimləri, psixoloqları və Uşaq Birliyinin rəhbərləri,İdarəetmə və Texnologiya kollecinin ak.Həsən Əliyev adına “Yaşıl Dünya” klubunun üzvləri dəvət olunmuşlar.

Seminar iştirakçıları ilk öncə Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin üzvlərinin əl işlərindən ibarət sərgiyə tamaşa etdilər. Torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Seminarı giriş sözü ilə rayon Təhsil şöbəsinin müdiri,Respublikanın əməkdar müəllimi Rzaqulu Şərifov açaraq qonaqları təqdim etdi və seminarın məqsədi barədə məlumat verdi.

O,qeyd etdi ki,Bərdə Dövlət İdarəetmə və Texnoloğiya kollecinin ekologiya fənni müəllimi,kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru Xosrov Musayevin ötən il “Təhsil” jurnalında “Təbiətdə əmək və yaradıcı fəaliyyətlə tərbiyə metodu” başlıqlı məqaləsi çap olunmuşdur.Ekoloji tərbiyə şəxsiyyət tərbiyəsinin tərkib hissəsidir və bu prosessin öyrənilməsi pedoqogikanın aktual məsələlərindəndir. Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov çıxış edərək qeyd etdi ki,ekoloji tərbiyənin əsas məqsədi böyüməkdə olan nəslə təbiət haqqında bilgilər verməklə yanaşı,təbii resursları,nəsli azalan bitgi və heyvanların qorumağın vacibliyinə yönələn tədbirlər sistemindən ibarətdir.Sonra o,bu sahədə Gənclər və İdman idarəsinin əlaqədar təşkilatlarla və fəal gənclərlə birgə gördüyü işlərdən və qarşıda duran vəzifələrdən danışdı.

Gənclər və İdman idarəsinin könüllülərinin ekologiya ilə bağlı hazırladıqları videoçarx seminar iştirakçılarına təqdim olundu. Ak.Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin ibtidai sinif müəllimi,respublikanın əməkdar müəllimi Püstə Həsənova “İbtidai siniflərdə ekoloji tərbiyə”,şəhər 8 saylı tam orta məktəbin coğrafiya fənni müəllimləri Sevinc Məmmədova “Ümumtəhsil məktəbləri şagirdlərinin ekoloji tərbiyəsinin formalaşdırılması” və Güldəstə Əhmədova “Ekoloji biliklərin formalaşdırılmasında coğrafiya fənninin rolu” mövzularında məruzə etdilər. Diskussiya formatında keçən müzakirələrdə

Bərdə Dövlət İdarəetmə və Texnoloğiya kollecinin ekologiya fənni müəllimi,kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru Xosrov Musayev, kollecin ak.Həsən Əliyev adına “Yaşıl Dünya” klubunun sədri Nailə İsmayıllı çıxış etdilər. Sonda Nizami Gəncəvi adına şəhər 2 saylı beynəlmiləl tam orta məktəbin şagirdlərinin ekologiya ilə bağlı hazırladıqları kompozisiyanı təqdim etdilər. Seminara rayon Təhsil şöbəsinin müdiri,Respublikanın əməkdar müəllimi Rzaqulu Şərifov yekun vurdu.
Bolgexeber.com
Bərdədə “Təbiətdə əmək və yaradıcı fəaliyyətlə tərbiyə metodu” mövzusunda seminar - Fotolar
Bərdədə “Təbiətdə əmək və yaradıcı fəaliyyətlə tərbiyə metodu” mövzusunda seminar - Fotolar
Bərdədə “Təbiətdə əmək və yaradıcı fəaliyyətlə tərbiyə metodu” mövzusunda seminar - Fotolar
Bərdədə “Təbiətdə əmək və yaradıcı fəaliyyətlə tərbiyə metodu” mövzusunda seminar - Fotolar
Bərdədə “Təbiətdə əmək və yaradıcı fəaliyyətlə tərbiyə metodu” mövzusunda seminar - Fotolar