BolgeXeber.Com » Xəbərlər » Zöhrab Camalov çağırışçılar qarşısında hansı «tələb»i irəli sürür?

Zöhrab Camalov çağırışçılar qarşısında hansı «tələb»i irəli sürür?

18-04-2016, 11:19
Oxunub: 4 666 Zöhrab Camalov çağırışçılar qarşısında hansı «tələb»i irəli sürür? SHXÇDX-nin Kəlbəcər şöbəsində hansı yolla hərbi bilet əldə etmək olar?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Kəlbəcər rayon şöbəsində son zamanlar bir sıra neqativ hallara, ciddi nöqsanlara yol verilir. Bu barədə əldə etdiyi bilgiləri redaksiyamızla bölüşən məlumatlı şəxsin sözlərinə görə, SHXÇDX-nin Kəlbəcər rayon şöbəsinin rəisi mayor Zöhrab Camalov üzərinə düşən işi layiqincə icra etməkdə çətinlik çəkir.

Elə bu səbəbdən də xidmətin Kəlbəcər rayon şöbəsində bir sıra xoşagəlməz halların yaşandığını iddia edən mənbə bildirir ki, Zöhrab Camalov hərbi xidmətdən yayınmağa meylli olan vətəndaşlara saxta hərbi biletlərin təqdim olunması işini əməlli-başlı biznes fəaliyyətinə çevirib: VÜQAR ƏLƏKBƏROV - «Bu gün Kəlbəcər rayonunda sağlam çağırışçıların müxtəlif yollarla ordudan yayındırılması hallarına kifayət qədər çox rast gəlmək olur. Burada baş verən qanun pozuntularına daha çox hərbi xidmətə çağırışdan möhlət hüququ verən halların düzgün müəyyənləşdirilməməsi müstəvisində rast gəlmək mümkündür. Şübhəsiz belə hallar yalnız Səfərbərlik Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisinin razılığı ilə yarana bilər. Bildiyiniz kimi, bu gün ölkədə rüşvət və korrupsiyaya qarşı çox ciddi mübarizə gedir. Bİr neçə gün bundan qabaq yüzə yaxın şəhid cerdik. Lakin buna baxmayaraq, Zöhrab Camalov bəzi üsullarla gəlirlərini artırmağa nail olub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin digər səlahiyyətli əməkdaşları da bu istiqamətdə fəaliyyətlərini xeyli genişləndiriblər. Buna görə də Kəlbəcər qeydiyyatında olan əksər şəxslər sağlam olduqları halda Zöhrab Camalov dil taparaq həqiqi hərbi xidmətdən yayınmağı bacarırlar. Odur ki, hazırda Səfərbərlik Xidmətinin Kəlbəcər rayon şöbəsində hərbi bilet əldə etmək, sağlam gənclərin həqiqi hərbi xidmətdən uzaqlaşdırılması o qədər də çətin məsələ deyil. Bunun üçün sadəcə irəli sürülən «tələb»lərə əməl etmək kifayətdir».

Vüqar Ələkbərov qeyd edib ki, Zöhrab Camalov bir nəsildən 9 nəfər həqiqi hərbi xidmətdən saxlayıb. Elə buna görədə o qanun qarşısında cavab verməlidir.

Növbəti yazılarımızda Zöhrab Camalov əldə etdiyi sərvəti barədə məlumat verəcəyik.xia.az

Qarşı tərəfində mövqeyin dərc etməyə hazıram. Mövzuya qayıdacağıq.