BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda internet məkanında pul oğurluğu halları artıb

Azərbaycanda internet məkanında pul oğurluğu halları artıb

18-04-2016, 13:39
Oxunub: 2 133 Azərbaycanda internet məkanında pul oğurluğu halları artıbAzərbaycanda olan istifadəçilərin 30,2%-i internet şəbəkəsində təhlükələrlə qarşılaşıb, 54% istifadəçi isə elektron daşıyıcılar və lokal şəbəkələrin təhlükəsizlik sistemində problemlərlə rastlaşıb. Bu, Bakıda "Kasperski Laboratoriyası" tərəfindən keçirilən "Kibertəhlükəsizlik Həftəsonu" konfransında açıqlanıb

Belə ki, şirkətin ekspertlərinin "Kaspersky Security Network" bulud infrastrukturu vasitəsilə 2016-cı ilin yanvar-mart aylarında topladıqları statistikaya görə, ümumilikdə, Orta Şərq, Türkiyə və Afrika ölkələrində bu göstəricilər müvafiq olaraq 15% və 45% təşkil edib.

Qeyd edilib ki, Orta Şərq ölkələri üzrə "Kasperski Laboratoriyası" həlləri tərəfindən 2016-cı ilin birinci rübü ərzində aşkarlanmış kiberhadisələrin ümumi sayında ötən ilin eyni dövrü ilə müqayisədə 15% artım müşahidə olunub. Azərbaycanda isə bu göstəricinin artımı 4% təşkil edib.

"Zərərli proqram təminatı bütün dünyada, o cümlədən Azərbaycanda sürətlə yayılır. Bu cür proqramların hücum obyekti həm şirkətlər, həm də istifadəçilər olur. Ötən ilin birinci rübü ilə müqayisədə bütün region ölkələrində "Kasperski Laboratoriyası" texnologiyaları tərəfindən aşkarlanmış və qarşısı alınmış hücumların sayında artım müşahidə edilib. Azərbaycanda pul oğurluğuna yönəlmiş proqramlarla bağlı halların sayı 14% artıb. Orta Şərqdə isə bu artım 67%, Türkiyədə 58% təşkil edib", - deyə bildirilib.
Bolgexeber.com