BolgeXeber.Com » Xəbərlər » Kapital Bankın 2 saylı Filialında pensiya kartı alveri

Kapital Bankın 2 saylı Filialında pensiya kartı alveri

19-04-2016, 10:38
Oxunub: 3 110 Kapital Bankın 2 saylı Filialında pensiya kartı alveriKapital Bankın 2 saylı Filialında pensiya kartı alveriBalakişi Hüseynov: «Bankdan mənə dedilər ki, pul alınmasından xəbərdardırlar və hara istəyirəmsə şikayət edə bilərəm»

Azərbaycanda əmək haqlarının plastik kartla verilməsi prosesinə hələ xeyli əvvəl keçirilib. Belə bir addımın atılması mahiyyət etibarı ilə olduqca yaxşı haldır. Lakin plastik kartla əmək haqqı və pensiyaların verilməsi prosesinin təşkili heç də yaxşı təşkil olunmayıb. Bəzən isə bu banklar üçün qazanc mənbəyinə çevrilir.
JAM.AZ xəbər verir ki, təqaüddə olan polislər və digər dövlət qurumlarında çalışmış insanlar üçün artıq belə bir problem yaranmağa başlayıb. Keçmiş polis əməkdaşı, hazırda pensiyada olan Balakişi Hüseynov əməkdaşlarımızla söhbət əsnasında bildirib ki, Masallı rayonunda yaşayır və pensiyasını da Kapital Bank vasitəsi ilə alır. Lakin kartının vaxtı artıq bitmək üzrədir və bununla bağlı bankın rayon filialına müraciət edib.
O qeyd edib ki, əvvəllər pensiya kartının müddəti bitdiyində ya Kapital Bankın Masallı rayon şöbəsinə, ya da Lənkərandakı regional filialına müraciət edərək, yenisini ala bilirdilər. Lakin bu ildən etibarın qaydalar tamam dəyişib.
Balakişi Hüseynov JAM.AZ-a bildirib ki, yeni qaydalara görə, o və onun kimi digər insanlar plastik kart almaq üçün Bakı şəhəri, Səbayel rayonu ərazisində yerləşən Kapital Bankın 2 saylı filialına müraciət etməlidirlər. «Əvvəla, belə bir qaydanın tətbiqi yanlışdır. Ona görə ki, əyalət insanı plastik kartını yeniləmək üçün ən azı 200-300 km yol gələrək, bir neçə gündə Bakıda qalmalıdır. Bu onsuz da böyük məbləğdə pensiya almayan insanlar üçün həm vaxt, həm də maddi itkidir».
Keçmiş polis işçisi, YAP-ın aktiv üzvlərindən olan həmsöhbətimiz vurğulayır ki, Kapital Bankın 2 saylı filialında onlara göstərilən münasibət daha pisdir. Onun sözlərinə görə, qarşılamanın, xidmətin bərbad olmasıyla yanaşı, həm də onlardan pul da tələb olunur. «Kapital Bankın 2 saylı Filialında kartını yeniləmək istəyən şəxslərdən aldığı pensiyanın məbləğinə görə pul alırlar. Tələb olunan rəqəm 20 manatdan başlayır. Bəziləri üçün bu rəqəm 30 və ya 50 manat da olur. Bunun rüsum və ya bank xərci olmadığı da dəqiqdir. Elə filialın işçiləri də özləri etiraf edirlər ki, yığılan pulları yuxarılara çatdırırlar». Kapital Bankın 2 saylı Filialında pensiya kartı alveri
Balakişi Hüseynov üzləşdiyi problemdən dolayı Kapital Bankın «qaynar xətti»nə də müraciət edib. Oradan isə bildiriblər ki, pul alınmasını bilirlər və heç bir tədbir görmək fikirləri də yoxdur. «Mənə dedilər ki, 2 saylı filialda pulun tələb olunmasından xəbərdardırlar və hər hansı bir tədbir görmək fikrində deyillər. Hətta mənə tövsiyyə etdilər ki, istənilən yerə şikayət edə bilərəm. Və bu məsələyə görə kimsə onlara heç nə edə bilməz».
Keçmiş polis işçisi Kapital Bankın belə özbaşınalıqla məşğul olmasını qınadığını və bu problemin çözülməsi üçün müvafiq dövlət qurumlarının addımlar atmasının zəruri olduğunu vurğulayıb. O deyib ki, üzləşdiyi problemlə əlaqədar müvafiq dövlət qurumlarına şikayət etməyə hazırlaşır. Hətta zərurət olarsa, məhkəməyə belə müraciət edəcək.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com