BolgeXeber.Com » Xəbərlər » Zərdab İcra Hakimiyyətində qalmaqal: İCRA BAŞÇISI MÜAVİNİ TƏHQİR ETDİ, İNFARKT KEÇİRDİ
Zərdab İcra Hakimiyyətində qalmaqal: İCRA BAŞÇISI MÜAVİNİ TƏHQİR ETDİ, İNFARKT KEÇİRDİ
19-04-2016, 12:05
Oxunub: 3 559
Kənd Təsərrüfatı Nazirliyinin rayona ayırdığı pambıq və barama planını azaltmaq üçün icra nümayəndələrindən 700 manatdan pul yığılıb
Zərdab rayonunda özbaşınalıqların həddi-hüdudu artıq bilinmir. Rayonda vəziyyət o qədər acınacaqlıdır ki, insanlar nə edəcəklərini bilmirlər. Davamlı edilən şikayətlərə baxılmaması isə onların ümidlərini daha da kəsir.
Bu əsnada rayonun icra başçısı Lütfəli Babayev daha bir saxtakarlığa imza atıb. Azad adlı rayon sakininin JAM.AZ-a verdiyi məlumata görə, Zərdabın rəhbəri dövlət başçısının verdiyi bütün tapşırıqlardan qazanclı çıxmaq üçün hər dəfə maraqlı «ideya»lar fikirləşir. Belə ki, kənd təsərrüfatının inkişafı üçün Zərdabda 2000 hektar pambıq sahəsinin əkilməsi, 5 ton barama planı qoyulub.
Lütfəli Babayev dərhal toplantı keçirərək, birinci müavini Rəhman Feyzullayevə göstəriş verib ki, dərhal hər bir icra nümayəndəsindən 700 manatdan pul yığsın. Azad aldı Zərdab sakini qeyd edir ki, icra başçısı bunu belə əsaslandırıb ki, həmin pulu Kənd Təsərrüfatı Nazirliyinə verərək, plan üzrə 2000 hektar pambıq sahəsinin həcmini 1000 hektara, barama planını isə 5 tondan 2 tona endirəcək. «Lakin birinci müavin pul yığmaqdan imtina edib. Nəticədə, icra başçısıyla onun arasında münaqişəli vəziyyət yaranıb. Durumdan dolayı Rəhman Feyzullayev infakt keçirib, hazırda Bakıda müalicə alır».
Məlmat verən mənbə qeyd edib ki, Lütfəli Babayev birinci variantı alınmadığından, pul yığma işlərini sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, habelə müavini Pərvin Mahmudovaya həvalə edib. «Pərvin Mahmudova da tapşırığı yerinə yetirib və pulları yığıb. Lütfəli Babayev isə ötən günlərdə iclasda hamının qarşısında bəyan edib ki, pambıq sahəsi məhsul verərsə, verib. Verməsə də, cəhənnəmə ki! Zərdabda iqtisadiyyat bax belə idarə olunur».
Qarşı tərəfi də dinləməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər