BolgeXeber.Com » Xəbərlər » İmişlidə 2016-ci ilin birinci rübünün yekunu ilə bağlı hesabat yığıncağı keçirilib

İmişlidə 2016-ci ilin birinci rübünün yekunu ilə bağlı hesabat yığıncağı keçirilib

19-04-2016, 17:38
Oxunub: 2 226 İmişlidə 2016-ci ilin birinci rübünün yekunu ilə bağlı  hesabat yığıncağı keçirilib2016-cı ilin birinci rübündə və son ildə İmişli şəhərində aparılan abadlıq və quruculuq işləri nəticəsin də şəhərin siması tamamilə dəyişmiş, şəhər son dərəcə müasirləşmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 10 aprel 2016-ci il tarixdə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasını keçirmişdir. Cənab Prezident ilk növbədə ermənistanın silahlı təxribatının qarşısını alaraq şəhid olmuş Azərbaycan hərbiçilərinin əziz xatirəsini bir daha sükutla yad edilməsini iclas üzvlərindən xahiş etmişdir. Ölkəmizin başçısı iclasda geniş nitq söyləyərək bildirmişdir ki, aprel ayının əvvəlində Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdir. Təxribatın qarşısı alınaraq düşmənə layiqli cavab verilmişdir. Azərbaycan öz torpaqlarını qorumaqla yanaşı öz hərbi mövqelərini daha da möhkəmləndirə bilmişdir. Bu qanlı toqquşma bir daha onu göstərir ki, Ermənistan işğalçı siyasətini davam etdirir, sülh istəmir və çalışır ki, danışıqlar prosesi pozulsun. Son tarixin nümunələri bunu deməyə əsas verir. Ermənistan Azərbaycan Prezidentlərinin beynəlxalq təşkilatların vəsitəçiliyi ilə görüşlər keçirilmiş, lakin bu görüşmənin heç bir nəticəsi olmamışdır. Azərbaycan öz torpaqlarını müdafiə edir, bizim başqa dövlətin torpaqlarında gözmüz yoxdur, öz torpaqlarımızı da heç kimə verəsi deyilik. Qanlı toqquşmalardan sonra beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı narahatlıqlarını ifadə etdilər. Biz məsələnin beynəlxalq yolla, sülh yolu ilə öz həllini tapmasını istəyirik. Sülh danışıqları nəticə verməsə Azərbaycan digər alternativ yollarla öz torpaqlarını düşməndən azad edəcəkdir.
Ötən il ölkəmizdə ordu quruculuğu sahəsində də, ardıcıl və məqsədyönlü işlər davam etdirilmiş, silahlı qüvvələrimizin döyüş qabliyyəti xeyli gücləndirilmişdir. Bu məqsədlə dövlət büdcəsindən kifayət qədər müdafiə sahəsinə vəsait ayrılmışdır. Təkcə onu demək kifayətdirki, hərbi xərclərə ayrılan vəsait ermənistanın ümumi büdcəsindən iki dəfə çoxdur. Ordumuzda nizam-intizam, döyüş qabiliyyəti, hərbi vətənpərvərlik ruhu yüksək səviyyədədir. Bu gün Azərbaycan ordusu maddi-texniki təchizatına görə və döyüş qabiliyyətinə görə regionun ən güclü ordularından birinə çevrilmişdir.
Azərbaycan həm iki tərəfli, həm də çoxtərəfli formatda çox uğurlu xarici siyasət aparır. Azərbaycanın qonşu ölkələrlə sıx təmasları olmuşdur. Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər təşkil edilmiş, Avropa və Asiya ölkələri yüksək səviyyədə ikitərəfli əlaqələrin inkişafı üçün işlər görülmüşdür. Ölkəmiz üzv olduğu bütün beynəlxalq təşkilatlarda fəal iştirak etmiş, öz mövqeyini müdafiə edərək bu təşkilatların fəaliyyətinə öz dəyərli töhfəsini vermişdir. Keçən il Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etmiş, Avropada demokratiyanın inkişafına, insan haqqlarının qorunmasına, ədalətin bərqərar olunmasına çox böyük dəyərlər vermişdir. Biz üzv olduğumuz təşkilatlar qarşısında götürdüyümüz öhdəlikləri vaxtında və artıqlaması ilə yerinə yetiririk. Bizim tariximiz, son illər apardığımız müstəqil, cəsarətli siyasət bunu bir daha göstərir və bütün ölkələr ancaq ikitərəfli formatda bərabər hüquqlu münasibətlər qurmalıdırlar. Bildiyimiz kimi 2011-ci ildə Azərbaycan BMT-nin ən üst qurumuna, 155 ölkənin dəstəyi ilə Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Bu fakt Azərbaycanın Beynəlxalq nüfuzunu əks etdirən ən gözəl göstəricidir. Bu beynəlxalq aləmdə böyük nüfuza sahib olan Azərbaycanı ləkələmək, qaralamaq, şər-böhtan atmaq cəhdləri əbəsdir.
İndi dünyada yaşanan iqtisadi və maliyyə böhranı hələki başa çatmamışdır. Neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi nəticəsində neftdən asılı olan iqtisadi sahələrdə azalma müşahidə edilmişdir. Bunun nəticəsində Respublika üzrə ümumdaxili məhsul istehsalında azalma müşahidə edilmişdir. İqtisadi problemlərin yaranmasına baxmayaraq Azərbaycanda əmək haqqları və pensiyalar 10 faiz artırılmışdır. Bu ilin birinci rübündə 31 min daimi iş yeri açılmışdır. Qeyri-neft sektoru 5 faiz, kənd təsərrüfatı istehsalı isə 2,7 faiz artmışdır. Bu artımlar aparılan düzgün iqtisadi islahatların nəticəsidir. Bu son illərdə aparılan islahatların nəticəsidir. Qeyri-neft sektorunun və kənd təsərrüfatının gələcək illərdə də inkişafını təmin etmək üçün ciddi proqramlar icra edilir və növbəti illərdə icrası davam etdiriləcəkdir.
2016-cı ilin birinci rübündə İmişli rayonunun sosial-iqtisadi inkişafında da yaxşı nəticələr əldə olunmuşdur. Bеlə ki, iqtisаdiyyаtın əsаs sаhələri üzrə 85.755.500 mаnаtlıq məhsul istеhsаl еdilmiş və yа хidmət göstərilmişdir ki, оnun 39.474.800 manatı və ya 46 faizi sənaye, 21.230.000 manatı və ya 24,8 faizi kənd təsərrüfаtı, 5.163.200 mаnаtı və ya 6 faizi tikinti, 17.624.100 mаnаtı və 20,5 faizi ticаrət və iаşə, 2.115.000 mаnаtı və ya 2,5 faizi nəqliyyat, 148.400 mаnаtı və ya 0,2 faizi rаbitə müəssisələrinin payına düşür. Göründüyü kimi rayon iqtisadiyyatında əsas yeri sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı tutur.
Rayonda aparılan abadlıq və quruculuq işləri:

2016-cı ilin birinci rübündə və son ildə İmişli şəhərində aparılan abadlıq və quruculuq işləri nəticəsin də şəhərin siması tamamilə dəyişmiş, şəhər son dərəcə müasirləşmişdir. İmişli şəhəri M.Müşviq və Q.İsmayılzadəküçələrinə asvalt örtüyü qoyulmuşdur. İmişli şəhəri ərazisində 3 ədəd ikimərtəbəli və 3 ədəd beşmərtəbəli yaşayış binalarında təmir işlərinə başlanılmışdır.
2016-cı ilin 3 ayında ümumi istifadədə olan avtomobil yollarının saxlanması və cari təmir işlərinə 36 saylı yol istismarı idarəsi tərəfindən 190,0 min manatlıq məbləğində iş həcmi yerinə yetirilmişdir. İmişli-dolama yolunda 8 km avtomobil yolunun alt qatına asfalt beton qoyulmuşdur. İmişliyə giriş yolunda 0-7 km sahəsində əsaslı təmir işləri aparılmışdır

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasında tikinti işləri tamamlanmaq üzrədir. Həmçinin, rayonda bu təbəqədən olan insanlar üçün növbəti, ikinci 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasının tikintisi nəzərdə tutulmuşdur.

İmişli rayon məhkəməsinin və Ərazi Kənd Təsərrüfatı idarəsinin inzibati binasının tikintisi işləri başa çatmış, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinininzibati binasının tikintisi nəzərdə tutulmuşdur.

Sənаyе məhsullаrının istеhsаlı üzrə:

Rayonumuz əsasən aqrar rayonu olmasına baxmayaraq bu gün İmişli rayonunda sənaye də inkişaf etmişdir. Son illər rayonda emal sənayesinin inkişafı üçün bir sıra işlər görülmüş, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin Kəllə qənd, Qarışıq Yem, Bitki Yağları, Spirt emalı, Çuğundur yem qurutma zavodları, Bəhrəmtəpə qəsəbəsində 50 min tonluq taxıl anbarı, Qaragüvəndikli kəndində damazlıq yumurta istehsal edən “Araz Damazlıq quşçuluq” MMC, İmişli Brolyer və “Araz” Konservləşdirilmiş Şirələr və Konyak zavodu stifadəyə verilmişdir.Bunun nəticəsində rayonda hər il ÜDM məhsul artımı müşahidə edilmişdir.
Qeyd olunduğu kimi 2016-cı ilin sənaye məhsullarının həcmi 39.474.800 manat olmuşdur. İstehsal olunan sənaye məhsullarının 91,4 faizi qeyri-dövlət sektorunun payına düşür. Rayonda iri neft sənaye müəssisəsi olan Muradxanlı İriləşdirilmiş Neft Mədəni 4,5 min ton neft məhsulu istehsal etmiş dövlət sektorunu əhatə etməklə ümumi həcmdə məhsul istehsalının 0,7 faizini təşkil etmişdir. İmişli Şəkər Zavodu 2016-cı ilin birinci rübündə 786.264 ton şəkər tozu istehsal etmişdir, o cümlədən başqa sifarişçiyə məxsus xammaldan 448.144 ton şəkər tozu emal olunmuşdur.

Ümumiyyətlə İmişli Şəkər Zavodu 2016-cı ilin birinci rübündə 32.202.900 manatlıq məhsul istehsal etmiş və xidmətlər göstərmişdir ki, bu da həm sənaye məhsulunun, həm də rayon üzrə ümumi məhsul buraxılışının əsasını təşkil edir.

Kənd təsərrüfаtı məhsullаrının istеhsаlı üzrə:

2016-ci ilin I rübü ərzində heyvandarlıq və quşçuluq sahələrinin inkişafı təmin edilmiş, rayon üzrə mal-qaranın sayı 9322 başa, qoyunların sayı 253132 başa, quşların sayı isə 1515691 başa çatmış, ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qara 1190 baş, qoyunlar 5864 baş, quşlar isə 89726 baş artmışdır. Ət istehsalı (diri çəkidə) 3075,5 ton, süd istehsalı 12328,1 ton, yumurta istehsalı isə 31900 min ədəd olmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün heyvandarlıq məhsullarının istehsalı artmışdır. 01 aprel 2016-cı il tarixə kimi 10783 hektar sahədə buğda, 6234 hektar sahədə arpa, 215 hektar sahədə kartof, 61 hektar sahədə bostan, 94 hektar sahədə tərəvəz, 178 hektar sahədə isə şəkər çuğunduru əkilmişdir. Bu sahədə işlər davam etdirilir.

İlin bütün fəsillərində əhalini təzə tərəvəz məhsulları ilə təmin etmək üçün Rayon Telestudiyasının yaxınlığındakı 10 ha ərazidə yeni istixanaların inşa olunmasına başlanılmış, rayonda taxılçılğın inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması məqsədilə xarici investorları cəlb etməklə dövlət fondu torpaqlarından 4000 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulmuş, həmçinin, kənd təsərrüfаtı məhsulları istehsalının artırılması üçün “MKT” MMC-yə 3813 ha torpaq sahəsi verilmişdir. Bundan əlavə 7 min hektar torpaq sahəsinin təyinatının dəyişdirilməsi məqsədi ilə aidiyyəti orqanlara müraciət olunmuşdur.


Tikinti üzrə:


2016-cı ilin birinci rübündə bütün mаliyyə mənbələri hеsаbınа rаyоn iqtisаdiyyаtının və sоsiаl sаhənin inkişаfı üçün 5.486.000 mаnаt vəsait yönəldilmiş, onun 94,1 faizi və ya 5.163.2 manatı tikinti quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir.

Əhalinin sosial müdafiəsi ilə bağlı:

Məlumat üçün bildirirəm ki, cənab Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş Dövlət Proqramlarının icrası uğurla icra edilmiş və bunun nəticəsində İmişli rayonunda 2016-cı ilin birinci rübündə 245 iş yeri və ümumi isə 22716 iş yeri və açılmışdır. Rayon əhalisinin məşğulluğunun təmin olunması ilə bağlı müvafiq tədbirlər həyata keçirilmiş, qəbul olunmuş Məşğulluq Strategiyasının icrasından irəli gələn məsələlərin həlli istiqamətində bundan sonra da işlər görüləcəkdir.

2016-cı ilin birinci rübündə gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə ünvanlı sosial yardımların verilməsi təmin edilmiş, 1476 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir.

Əmək hаqqı üzrə:


Əhаlinin həyаt səviyyəsinin yüksəlməsini səciyyələndirən оrtа аylıq nоminаl əmək hаqqı rаyоn üzrə 2016-cı ilin birinci rübündə 319 mаnаt olmuşdur ki, bu da 2015-ci ilə nisbətən 10 manat və ya 3,2 faiz çox olmuşdur.

Rаyоn üzrə ən yüksək оrtа аylıq nоminаl əmək hаqqı maliyyə vasitəçiliyi, Mədənçıxarma sənayesi ilə emal sənayesi sahələri üzrə olmuşdur ki, həmin sаhə üzrə işçilərin оrtа аylıq əmək hаqqı 702 mаnаt təşkil еtmişdir.

Əhаlinin еlеktrik еnеrjisi, qаz və içməli su ilə təminаtı:

2016-cı ilin birinci rübündə rayonun Bəhrəmtəpə qəsəbəsi, Bəcirəvan, Məzrəli kəndlərində smart kart tipli sayğacların quraşdırılması ilə əlaqədar yeni transformatorlar quraşdırılması və kabel xətlərinin çəkilişi davam etdirilir. Bundan əlavə Məmmədli, Rəsullu, Qızılkənd, Aranlı kəndlərində və İmişli şəhəri Telestudiya küçəsində hava elektirk xətlərində təmir-bərpa işləri aparılmışdır. Bu sahədə işlər davam etdirilir. 2016-cı ilin birinci rübü ərzində 95 ədəd müxtəlif güclü 10/0,4 kv-luq transformator cari, 26 ədəd trasformator yarımstansiyası əsaslı təmir edilmişdir. Rayon ərazisində yararsız hava elektrik naqillərinin və dayaqlarının dəyişdirilməsində müvafiq işlər aparılmışdır.

Rayon Qaz İstismarı sahəsi tərəfindən 2016-cı ilin 3 ayında rayonun qazlaşdırılması işi davam etdirilərək 2232 abonentin evinə təbii qaz xətti çəkilmiş, bununla da 13865 abonentin təbii qazdan istifadəsi təmin edilmişdir. Rayonun Boşçalılar, Şahverdili, Əliqulular, Otuziki, Qaragüvəndikli, Oruclu, Məhəmmədli, Qaralar, Yuxarı Qaralar, Muradalılı, Xoşçobanlı, Murğuzalılı, Mürsəlli, Cavadxanlı, Göbəktala kəndlərində və Bəhrəmtəpə qəsəbəsində qaz çəkilişləri başa çatmış və əhaliyə təbii qazın verilməsi təmin edilmişdir. Hazırda Qaraqaşlı, Nurulu, Ölcələr, Sarıxanlı, Çahar, Gövhərli, Soltanmuradlı, Qaradonlu, Xubyarlı, Məzrəli, Çaxırlı, Mirili, Qaravəlili və Bəcirəvan kəndlərində isə qaz çəkilişi işləri davam etdirilir. Bundan əlavə şəhərin bir neçə küçələrində fərdi qaztəmizləyici, siyirtmə və ŞQTM quraşdırılmış, qaz xətlərində təmir işləri aparılmışdır.

Kəndlərin su təchizatını yaxşılaşdırmaq, əhalini ekoloji cəhətdən təmiz içməli su ilə təmin etmək məqsədilə hazırda rayonun 13 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Son aylarda 15 kəndində Modul tipli su təmizləyici qurğularının tikintisi işləti başa çatdırılaraq əhalinin istifadəsinə verilmişdir. Rayonun digər kəndlərində isə modul tipli su təmizləyici qurğularının quraşdırılması məqsədilə layihə sənədləri hazırlanmışdır. İmişli şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması ilə əlaqədar “Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə ikinci layihə” çərçivəsində İmişli şəhər və Yalavac kəndləri ərazisində yaşayan əhaliyə xidmət göstərmək üçün layihədə nəzərdə tutulmuş 9320 ədəd öncədən ödəmə sistemli smart elektron su sayğaclarının 8320 ədəd evlərə quraşdırılmış və bu sahədə işlər davam etdirilir. Quraşdırılmış su sayğaclarının 7782 ədədi aktivləşdirərək əhaliyə içməli su verilmişdir.

Təhsil sahəsi üzrə:



İmişli şəhər 7 saylı, Yalavac, Məmmədli kənd tam orta məktəblərinin və Qaradonlu kənd Uşaq bağçası-körpələr evinin əsaslı təmir edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə rəsmi müraciət edilmişdir. 55 yerlik Əliqulular kənd Uşaq bağçası-körpələr evində tikinti işləri başa çatdırılaraq kənd əhalisinin istifadəsinə verilmişdir. Hazırda rayonun Məzrəli kənd tam orta məktəbinin əsaslı təmir olunması işlərinə ilkin olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 300 min manat vəsait ayrılmış və hazırda təmir işləri aparılır. Bundan əlavə 2016-cı ildə Qızılkənd kənd tam orta məktəb binasının tikintisi nəzərdə tutulmuşdur.

Səhiyyə sahəsi üzrə:



Rayonda 9 xəstəxana, 12 həkim məntəqəsi, 29 tibb məntəqəsi və 1 poliklinika, 2 gigiyena və epidemiologiya mərkəzi, 1 taun əleyhinə şöbə fəaliyyət göstərir ki, həmin müəssisələrdə də 108 nəfər həkim və 472 nəfər orta ixtisaslı tibb işçisi çalışır. Hazırda rayonun səhiyyə müəssisələrində ayrı-ayrı ixtisaslar üzrə 60 nəfər həkimə ciddi tələbat vardır. İl ərzində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və səhiyyə obyektlərinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində rayonda müəyyən işlər görülmüşdür.

Ötən ildə rayonda 393 uşaq doğulmuşdur ki, onların da 98,5 faizi təqvim əsasında profilaktiki peyvəndlərə cəlb olunmuşdur. Nəticədə uşaqlar arasında difteriya, poliomielit və digər yolxucu xəstəliklər qeydə alınmamışdır.

Əhalinin müainəsi üçün 9 həkim briqadası yaradılmış, həmin briqadalar vaxtaşırı ucqar kəndlərə göndərilərək tibbi müainələr aparmış, ehtiyacı olanları müalicəyə cəlb etmişlər. Yolxucu xəstəliklərlə mübarızə daimi nəzarətdə saxlanılmış, bu sahədə müvafiq tədbirlər həyata keçirilmişdir.

Rayonda şəkərli diabetli xəstələrin dərmanla təminatı daimi nəzarətdə saxlanılmış, onlar vaxtaşırı dərmanla təmin edilmişlər. Həmçinin imtiyazlı təbəqədən olan xəstələrin dərman preparatları ilə təminatı daim diqqət mərkəzində saxlanılmış və onlar Səhiyyə Nazirliyi tərəfindən verilmiş dərman və sarğı materialları ilə təmin edilmişlər.

Səhiyyə Nazirliyinin təqvim planına uyğun olaraq Mərkəzi rayon xəstəxanasının dializ şöbəsində hal-hazırda 33 xəstə müalicə alır.

Mədəniyyət sahəsi üzrə:



Hazırda rayonda 1 mədəniyyət sarayı, 7 kənd mədəniyyət evi, 1 mərkəzi kitabxana, 46 kənd kitabxana filialı, 26klub müəssisəsi, 1 muzey, 1 dövlət rəsm qalereyası, 1 uşaq musiqi məktəbi, 1-Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir. Həmin müəssisələrdə də 412 nəfər işləyir. Onlardan da 32 nəfəri ali, 96 nəfəri orta ixtisas, 179 nəfərinin təhsili isə ümumi ortadır. Mədəni-maarif müəssisələrində işləyənlərin 240 nəfərini və ya 58 faizini qadınlar təşkil edir.

2016-cı ilin 3 ayı ərzində Mədəniyyət müəssisələrində mədəni-kütləvi tədbirlər,konsertlər və başqa tədbirlər hazırlanıb həyata keçirilmişdir. Belə ki, rayonun Mədəniyyət müəssisələrində “Xocalı faciəsi”, “31 Mart-Azərbaycanlıların Soyqırımı”, “20 Yanvar”la bağlı ədəbi-bədii kompazisiya və anım mərasimləri keçirilmişdir. “2 Fevral-Gənclər Günü” və “Novruz” şənliyi ilə bağlı isə Heydər Əliyev adına parkda tədbirlər keçirilmişdir.

Bununla belə mədəniyyət müəssisələrinin fəaliyyətində bir sıra çatışmamazlıqlar da mövcuddur. Belə ki, Mərkəzi kitabxana və filial kitabxanaların əksəriyyətinin bina şəraiti müasir tələblərə cavab vermir və bu sahədə ixtisaslı kadrlara ciddi ehtiyac vardır. Bundan əlavə Uşaq musiqi məktəblərində istedadlı və yaradıcı uşaqların aşkara çıxarılması və müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlər qənaətbəxş deyildir.



Gənclər və idman sahəsi üzrə:



Ötən illərdə olduğu kimi hesabat ilində də rayonumuzda gənclərin asudə vaxtlarının səmərəli təşkili və hərbi-vətənpərvərlik tərbiyəsi, onların müxtəlif idman növləri ilə məşğul olmaları üçün müvafiq şəraitin yaradılması-ümumilikdə isə gənclərin layiqli vətəndaş kimi formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər mütəmadi olaraq rayon icra hakimiyyətinin diqqət mərkəzində saxlanılmışdır. Hazırda rayon əhalisinin 40.064 nəfərini və ya 32 faizini gənclər təşkil edir ki, onların da istifadəsində 132 idman qurğusu, üç bədən tərbiyəsi-sağlamlıq mərkəzi, müasir tələblərə cavab verən 8500 yerlik bir futbol stadionu və bir Olimpiya İdman Kompleksi və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” çərçivəsində istifadəyə verilmiş Gənclər Mərkəzi, eləcə də müasir üslubda inşa edilmiş Uşaq Gənclər Şahmat Məktəbi və digər əyləncə mərkəzləri və idman qurğuları vardır. 2016-cı ilin birinci rübündə İdman və Gənclər İdarəsi tərəfindən bir çox işlər görülmüşdür. Belə ki, “Xocalı faciəsi”, “31 Mart-Azərbaycanlıların Soyqırımı”, “20 Yanvar”la bağlı ədəbi-bədii kompazisiya və anım mərasimləri keçirilmişdir. “2 Fevral-Gənclər Günü” və “Novruz” şənliyi ilə bağlı isə Heydər Əliyev adına parkda tədbirlər keçirilmişdir.



Nəqliyyаt sаhəsi üzrə:


2016-cı ilin birinci rübündə nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və avtomobil nəqliyyatı sahəsində çalışan fiziki şəxslər tərəfindən 2.115.000 manat məbləğində və ya ötən ilin müvafiq dövrünə nisbətən 7,8 faiz çox nəqliyyat xidməti göstərilmişdir. Nəqliyyat xidmətinin 1.408.600 manatı yük daşınmasından, 706.400 manatı isə sərnişin daşınmasından yaranmışdır.

Rabitə xidməti üzrə:


2016-cı ilin 3 ayı ərzində rayon üzrə 98 abonentə telefon xətti çəkilmişdir. Rayon üzrə ümumi genişzolaqlı internet istifadəçilərinin sayı 3327 nəfərə çatdırılmışdır. 2016-ci birinci rübü ərzində əhalinin genişzolaqlı internetə olan təlabatını ödəmək məqsədilə DSLAM avadanlığı olmayan kəndələrdə DSLAM avadanlıqlarının quraşdırılması nəzərdə tutulmuşdur. Şəhər ərazisində yeni salınmış yaşayış massivində 512 nömrəlik yeni MSAN-tipli EATS-in tikintisi ilə əlaqədar konteyner qoyulmuş və 2 km uzunluğunda FO-4 kabeli çəkilmişdir. Yaxın günlərdə obanentlərə telefon çəkilişinə başlanmışdır. “Multumedia xidmətlərinin genişləndirilməsi layihəsi çərçivəsində” inkişafı üçün ATES olmayan kəndlərdə yeni EATS-lərin tikintisi nəzərdə tutulmuşdur.

Ticarət üzrə:

Rayon üzrə ticarət sahəsi demək olar ki, tamamilə özəlləşdirilmiş, ticarət üzrə qeyri-dövlət sektorunun payı 99,9 faiz təşkil etmişdir.
2016-cı ilin birinci rübündə rayonda pərakəndə əmtəə dövriyyəsi 4.512.300 manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 10.215.000 manat təşkil etmiş, ötən ilin müvаfiq dövrü ilə müqаyisədə pərаkəndə əmtəə dövriyyəsi 12,8 fаiz аrtmışdır.

Bütün bunlarla yanaşı biz bundan sonra da ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qarşımıza qoyduğu vəzifələrin öhdəsindən ləyaqətlə gəlməyə çalışacaq, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində bütün qüvvəmizi sərf edəcəyik.
Bolgexeber.com
İmişlidə 2016-ci ilin birinci rübünün yekunu ilə bağlı  hesabat yığıncağı keçirilib