BolgeXeber.Com » Xəbərlər » Saatlı Peşə Litseyində şıdırğı torpaq alveri

Saatlı Peşə Litseyində şıdırğı torpaq alveri

20-04-2016, 13:23
Oxunub: 2 143 Saatlı Peşə Litseyində şıdırğı torpaq alveriVə ya Teyyub Babayevin “işğal etdiyi” 80 hektar ərazini kim azad edəcək?

Saatlı Peşə Liseyinin tələbələri təcrübə keçmək üçün ayrılmış 80 hektar yardımçı torpaq sahəsini “işğaldan” azad etmək istəyirlər. Ancaq uzun illərdir ki, buna nail ola bilmirlər. Məktəbə kimi direktor təyin edirlər, ona elə gəlir ki, liseyə təcrübə üçün ayrılmış 80 hektar torpaq sahəsi ona hədiyyə olunub. Bu sözləri JAM.AZ-a rayon sakini Afiq Sadıxov yazıb.

O bildirir ki, əvvəlki direktorlar, Azad Rəşidov və İsmayıl Hüseynov da məktəbin torpaq sahəsini 4 min manata icarəyə vermişdilər. “9 aya yaxındır ki, heç kimi liseyə direktor təyin edə bilmirlər. Çünki “direktor haqqı” çox bahadır. Kimə deyirlər, cavab verir ki, bu məktəbdə qazanc götürməyə heç nə qalmayıb. Qalan bircə 80 hektar torpaq sahəsidir. Ondan da ildə 4 min xeyir gəlir. Direktor olmaq üçün yuxarıların istədiklərini 7 ilə ancaq çıxara bilərsən. Qaldı məktəbin digər avadanlığı, quru divarlar, bir də təcrübə keçən şagirdlər üçün ayrılmış yanacaq”.

Afiq Sadıxov yazır ki, hazırda liseyə 69 yaşlı Teyyub Babayev rəhbərlik edir. “Halbuki, qanuna görə, yaşı 65 –dən yuxarı olan pedaqoji işçi rəhbər vəzifədə ola bilməz. Teyyub müəllim isə həm direktor əvəzi, həm də müavindir”.

Onun sözlərinə görə, neçə vaxtdır məktəbin müəllim və şagirdləri liseyin 80 hektar torpaq sahəsini Teyyub Babayevin “işğalından” azad edə bilmirlər. “Elə ki, soruşurlar, “ay Teyyub müəllim, liseyin torpağının taleyi nə yerdədir. Teyyub müəlim də deyir ki, niyə bunu əvvəlki direktor Azad Rəşidovdan, bu gün bizimlə çiyin-çiyinə işləyən İsmayıl Hüseynovdan soruşmurdunuz? Nə oldu, gözünüz məni nə tez gördü? Torpağı əkib-becərmək lazımdı. Ona görə də vermişəm yaxşı oğlanlara, özü də pulsuz”. İndi gəl inan ki, 69 yaşlı direktor əvəzi liseyin torpağını pulsuz icarəyə verib. Ondan soruşan da yoxdur ki, niyə liseyə məxsus təcrübə sahəsini kimlərəsə icarəyə vermisən?”

Saatlı sakini qeyd edir ki, Teyyub müəllimin peşə liseyində müftə qazanc yeri təkcə təcrübə sahəsini “işğal etməsi” deyil. “Liseyin müəllimlərinə dərs saatı catmadığı halda, o, digər məktəblərdən adı olub, özü olmayan saathesabı “müəllimləri” də öz biznesinə qoşub”.
Bolgexeber.com