BolgeXeber.Com » Xəbərlər » ATU-nun rektoru yay sessiyası bazarını açıq elan edib

ATU-nun rektoru yay sessiyası bazarını açıq elan edib

20-04-2016, 15:38
Oxunub: 2 156 ATU-nun rektoru yay sessiyası bazarını açıq elan edibAkif Süleymanov indidən qiymətləri müəyyənləşdirərək, dekanlara çatdırıb

Azərbaycan Texnologiyalar Universitetinin (ATU) Akif Süleymanovun qalmaqala imza atacaq daha bir əməli üzə çıxıb.Bolgexeber.com Politika.az-a istinadən xəbər verir ki, rektorun yeni əməli onun sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovla tələbə yoldaşı olması və bu səbəbdən də böyük bir universitetin rəhbəri seçilməsiylə bağlı deyil.

İşin pis tərəflərindən biri odur ki, dövlət başçısının etimadını doğrultmayan Əli Abbasovun kadrı elə sözügedən sabiq nazir kimi, universiteti idarə edir. Sayt yazır ki, Akif Süleymanov ATU-da tədrisin gücləndirilməsi və digər məsələləri yoluna qoymaq əvəzinə, daha çox pul qazanmaq üçün tədbirlər görür. Məsələn, qarşıdan gələn yay imtahan sessiyasında ATU rektorunun külli miqdarda pul qazanmasını təmin edən qiymət cədvəli artıq hazırlanıb. Normalda universitetlər mayın ortalarından sonra belə bir addım atırdı. Lakin Akif Süleymanovun ya pula ehtiyacı var, ya da böyük pullar qazanmaq həvəsi onu dinc oturmağa qoymayıb.

Qeyd edək ki, burada rəqəmlərin konkret olaraq fənnlər üzrə dəyişdiyi də açıq şəkildə görünür. Həmin rəqəmlərin tam açıqlanmamasının səbəbi isə bəzi məlumatların dəqiqləşdirməkdən ibarətdir. “Bəzi müşahidəçilər deyirlər ki, Akif Süleymanovun bu hərəkətlərinə hüquqi qiymət verilməsi zərurəti var. Ona görə ki, bu adam artıq bütün dərəcələri aşıb. Lakin ATU rektorunun başqası ilə əvəzlənməsi məsələsi gündəmdə olsa da, uzun müddət reallaşacağı imkansız kimi görünür”.

Bolgexeber.com sayta instinadən bildirir ki, qiymət cədvəli və pul məsələsinə gəldikdə, oradakı rəqəmlər tam məlumdur və bununla bağlı əlində siyahı var.