BolgeXeber.Com » Xəbərlər » “Şəki Xan Klub” - intriqa yuvası? - NARAZILIQ VAR...

“Şəki Xan Klub” - intriqa yuvası? - NARAZILIQ VAR...

20-04-2016, 18:33
Oxunub: 2 039 “Şəki Xan Klub” - intriqa yuvası? - NARAZILIQ VAR... Restoran sahibi sakinləri günəş işığından, təbii havadan məhrum ediblər

Bu yaxınlarda keçirilən iclasların birində Prezident İlham Əliyev dövlət məmurlarına yenə də insanları incitməməyi, əhalinin qarşılaşdığı problemin aradan qaldırılmağıı tapşırdı. Bu dəfə də sərt şəkildə. Təəəssüf edirik ki, bir sıra məmurlar, hətta Prezidentin də tapşırığına əməl etmir, insanların əsəbiləri ilə oynayır, var-dövlət, pul qazanmaq üçün imkansızları ayaq altında tapdalamağa da çalışırlar. Sanki sadə insanların rahatlığını pozmaqdan, onlara əzab-əziyyət verməkdən həzz alırlar Belələrindən biri də Yasamal rayonu, Mustafa Sübhi küçəsi 16-da yerləşən “Şəki Xan Klub” restoranının sahibidir.

Üst-üstə 6 şikayət ərizəsindən sonra Süleyman Tağızadə-41-də yaşayan sakinlərə özlərini Yasamal Rayon İcra Hakimiyyətinin işçisi kimi təqdim edən 2 nəfər gəlib, problemlə yerində tanış olub. Və təəccüblə deyiblər ki, belə də özbaşınalıq olar? Restoran sahibi sakinləri günəş işığından, təbii havadan məhrum ediblər. Üstəlik, sakinlərin pəncərəsinin qarşısına elektrik naqilləri çəkiblər. Sabah sakinlərdən kimisə tok vursa, məsuliyyəti kim daşıyacaq? Görəsən yaşayış evlərinin tən ortasında restoran tikməyə hansı icra hakimiyyəti orqanı icazə verib? Axı burada bişirilən yeməklərin qoxusundan, restorana gələn maşınların səsindən, tüstüsündən, ən acınacaqlı isə buraya gətirilən qadınların səs-küyündən, əcaib səslərindən yaşamaq qeyri-mümknüdür. Bəs insanların yaşayış hüququnu əlindən alan kimdir?
İcra hakimiyyətinin işçiləri bu barədə ciddi tədbir görüləcəyini deyib gediblər. Onların gəlişindən 3 ay keçsə də, heç nə dəyişməyib. Dəyişən bir o olub ki, restoran sahibinin ürəyinə bir qədər “mərhəmət” gəlib və ətrafda yaşayan sakinlərin pəncərələrinin qarşısına vurdurduğu taxtaları sökdürüb yerinə boz rəngli plastmas vurdurub. Sonra da lağ edərək deyib ki, yazıqdırlar, qoy pəncərələri bir az mədəni görünsün. Xalqımız dözümlü xalqdır. Qonşular təbii hava almasalar da olar və s.
Burada bişirilən yeməklərin qoxusundan danışan restoran sahibi yenə də sakinləri ələ salıb və deyib ki, onların pulu haradadır ki, gedib kabab yesinlər. Heç olmasa qoy hər gün kababın iyini duysunlar və gözlərinin qurdu ölsün.
Axşam saat 12-dən sonra ətrafı bürüyən qadınların əcaib səslərinə isə restoran sahibi deyib ki, “Mən camaatın əyləncəsini, kayfını poza bilmərəm”.
Bu sözləri hər hansı bir savadsız desəydi, dözmək olardı. Fikirləşərdik ki, erməni xalqımızın düşmənidir. Ancaq azərbaycanlının öz millətinə belə zülm etməsi dözülməzdir. Axı hansı ölkədə yaşayış məhəlləsinin tən ortasında, insanların sıx yaşadığı bir ərazidə restoran və ya ictimai-iaişə obyekti açarlar? Yaşayış məhəlləsinin tən ortasında əxlaqsız qadınlarla eyş-işrət məclisləri təşkil etmək milli dəyərlərimizə, əxlaqımıza və azərbaycanlı adına ləkədir. Təəssüf ki, bu gün belə əxlaqsızlıqlarla hələ də üzləşirik, özü də dövlət məmuru səviyyəsində... Pəncərələrin qarşısına vurulmuş taxtaları söküb yerinə boz rəngli plastmas vuran restoran işçilərinə etiraz edən sakinlərə isə deyiblər ki, müdir bizə belə tapşırıq verib. Tapşırıb ki, kim buna etiraz etsə, deyin ki, gedin Allahınıza şükür edin ki, bunu edirik. Bir də səs-küy salsanız, pəncərələrinizin qarşısını kərpiclə hörəcəyik.
Əlacları hər yerdən kəsilmiş sakinlər Prezident Administrasiyasına gedib dərdlərini demək istəyirlər. Öyrənmək istəyirlər ki, görəsən “Şəki Xan Klub” restoranının sahibi hansı dövlət məmurudur ki, həm Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, həm də Şöhrət” ordenli Yasamal Rayon İcra hakimiyyətinin başçısı İbrahim Mehdiyev ondan çəkinir?
Prezident isə hər bir vətəndaşın Prezidentidir, yəqinki “Şəki Xan Klub” restoranının sahibi kimdirsə, Prezidentin “Mən xalqın birinci xidmətçisiyəm, dövlət məmuru da xalqın xidmətçisidir” fikrinə zidd gedə bilməyəcək və sakinlərə verdiyi zülmə son qoyacaq.