Tərtərin İlxıçılar kəndinə təbii qaz verilib-FOTO
22-04-2016, 17:09
Oxunub: 3 549
Tərtər rayonunun təbii qazla təmin olunan yaşayış məntəqələrinin sırasına İlxıçılar kəndi də əlavə olunub
1027 nəfər əhalisi olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 15470 min paqonometr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Mənzillərə 207 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən tədbirə rayon icra hakimiyyətinin nümayəndələri, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və kənd sakinləri böyük sevinclə qatıldılar.
Çıxış edən Azad Qaraqoyunlu kənd İƏD üzrə nümayəndə Nazim Xəlilov, Tərtər Regional Qaz İstismar İdarəsinin rəis müavini Elməddin Cəfərov, kənd ağsaqqalı Arif Hüseynov, sakinlərdən Namiq Rəcəbov, Elmira Hüseynova çıxış edərək regionların sosial-iqtisadi inkişafına, əhalinin sosial problemlərinin həllinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışdılar. Kənd sakinləri kəndlərinin təbii qazla təmin olunmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək təbii qazın verilməsi münasibəti ilə sakinləri təbrik etdi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişafdan, cəbhə bölgəsinə göstərilən dövlət qayğısından, infrastrukturun yaxşılaşdırılması, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışdı.
Bildirdi ki, Tərtər şəhəri və rayonun 36 kəndi təbii qazla təmin olunub. Hazırda rayonun Seydimli, Kəbirli, Xoruzlu, Dəmirçilər, Ağkənd, Azad Qaraqoyunlu, Aşağı Qapanlı kəndlərində qazlaşma işləri sürətlə davam etdirilir, yaxın günlərdə bu kəndlərə də mavi qaz veriləcəkdir.
Sonra M.Məmmədov bir daha sakinləri kəndə qazın verilməsi münasibəti ilə təbrik edərək ağsaqqalların iştirakı ilə “mavi alov”un açılışını bildirən rəmzi məşəli alovlandırdı və kənd sakini Natiq Əliyevin fərdi yaşayış evində təbii qazın alovlandırılmasında iştirak etdi.
Bolgexeber.com




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər