Ermənilərin döyüş tankı heyətlə birlikdə məhv edildi
24-04-2016, 12:12
Oxunub: 3 770
Cəbhə xəttində döyüş əməliyyatlarının dayandırılması barədə tərəflər arasında əldə edilmiş razılaşmanı Ermənistan silahlı qüvvələri növbəti dəfə kobudcasına pozub
Ağdərə istiqamətinə əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 23-ü axşam saatlarından başlayaraq mövqelərimizi və Tərtər rayonunun təmas xəttinə yaxın bəzi yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutub. Düşmən tərəfi 122 millimetrlik D-30 haubitsalarından da istifadə etməklə mövqelərimiz istiqamətində 20-dək mərmi atıb.
Bolgexeber.com Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, cəbhənin bu istiqamətdə düşmənin hərbi aktivliyinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin bölmləri tərəfindən dərhal əməliyyat tədbirləri həyata keçirilib.
Aprelin 24-də gecə saatlarında düşmən təmas xəttinə cəmləşdirdiyi tankları atəş xəttinə çıxararaq mövqelərimiz istiqamətində atəş açıb və əlavə qüvvələrin dəstəyi ilə hücuma keçməyə cəhd göstərib. Mövqelərimizə yaxınlaşmaq istəyən düşmən tanklarının qarşısı atəşlə alınıb və bir ədəd döyüş tankı heyətlə birlikdə məhv edilib. Bundan dərhal sonra ermənilər Ağdərə istiqamətində geri çəkilməyə məcbur edilib.
Ermənilərin Madagiz hərbi bazası ətrafında yerləşən artilleriya qurğularına da cavab zərbələrindən sonra qarşı tərəf tam susdurulub.
Bölmələrimiz heç bir itki verməyib. Silahlı Qüvvələrimiz əməliyyat şəraitinə və düşmənin hərəkətlərinə tam nəzarət edir.
Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində təxribatlar törətməklə düşmən Azərbaycan tərəfini aktiv hərbi əməliyyatlara təhrik etmyə çalışır. Bu cür hadisələr zamanı baş verənlərə görə bütün məsuliyyət Ermənistanın cinayətkar hərbi-siyasi rejiminin üzərinə düşür.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər