Xalq artisti keçmiş həyat yoldaşından nələr danışdı?
25-04-2016, 16:17
Oxunub: 3 774
Xalq artisti, tanınmış aktrisa Firəngiz Mütəllimova şəxsi həyatından danışıb
Publika.az xəbər verir ki, aktrisa “ATV maqazin Onlarla” verilişində keçmiş həyat yoldaşı ilə ilk dəfə yas mərasimində tanış olduğunu deyib: “Türkiyədə qastrol səfərində olanda Cəfər adlı bir oğlanla tanış oldum. Dərdimdən dəli-divanə idi, mən də onu sevirdim. Bakıya qayıdanda ailəsi üzüklərlə bizə gəldi. Amma bizim evlənməyimizi istəmirdilər. Bu iş alınmadı. Mən də depressiyaya düşdüm, gözümün yaşını axıtdım. Bir gün yas mərasiminə getmişdim, gördüm bir oğlan gözünü məndən çəkmir. Aktyor Şahmar Ələkbərova oxşayırdı. Əslən azərbaycanlı olan bu oğlan İngiltərədə iş adamı idi. Hirsləndim ki, bu, niyə mənə baxır? Demə, məndən xoşu gəlirmiş. Elə oldu ki, Almaniyaya qastrola getdim, düşündüm ki, yəqin bu oğlan məni unudacaq. Qardaşım mənə dedi ki, o səni gözləyir. Evləndik və İngiltərəyə getdim. Orda paltar dolabını açanda dəhşətə gəldim, azı 500 paltar açılmışdı. Dedi ki, bunların hamısını sənə almışam. Qaçqınçılıq düşdü, anamgil Şuşadan Bakıya gəldi. Mən onların yanına qayıtdım. Uşağımız olsaydı, bəlkə başqa cür olardı. O Bakıda qalmaq istəmədi, mən də xaricdə. Ayrıldıq”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər