Şəki su idarəsindən - ŞİKAYƏT
26-04-2016, 11:13
Oxunub: 3 849
"Azərsu" ASC-nin tabeçiliyində olan rayon idarələrində özbaşınalıq hökm sürür. Bir qrup Şəki rayon sakini Vizual.az-a ünvanladığı məktubda su idarəsinin səriştəsizliyindən yazıb
Məktubda qeyd olunur ki, idarənin müdiri Bayram Məmmədov təhsili olmayan tanışlarını qabağa çəkir: "Bayram Məmmədov ətrafına savadsız qohum-qardaşlarını yığıb. Maliyyədən anlayışı olmayan, işıq idarəsindən qovulan, təhsili olmayan Qismət adlı qohumunu abunə şöbəsinə müdir təyin edib. Gün ərzində 1 saat işdə olmur, özünə məxsus aptekdə dərman satır. Belə qanunsuzluqlar nə vaxta kimi davam edəcək?”.
Vizual.az xatırladır ki, Bayram Məmmədov uzun illərdir idarəyə rəhbərlik edir. Onun dövlət büdcəsindən ayırlan vəsaiti təyinatı üzrə xərclənməsində maxinasiyalara yol verməsi də istisna edilmir. İdarə rəhbəri 2010-cu il iyunda ANS-ə açıqlamasında rayonda su kanalizasiya sisteminin yenidən qurulacağını demişdi. Lakin 6 il keçməsinə baxmayaraq problem həll olunmayıb.
Qeyd edək ki, layihə smeta sənədləri İsveçrənin Serko yardım təşkilatının maliyyə dəstəyi ilə hazırlanıb və Almaniya İnkişaf Bakının maliyyə dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulub. B.Məmmədovun həmin layihənin tenderə çıxarılmasında və özünə yaxın şirkətin qalib olmasında əli olduğu güman edilir. Bu səbəbdəndir ki, dəyəri bir neçə milyon manat olan layihə hələ də yerinə yetirilməyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər