Kürdəımir sakini hansı məmurdan narazıdır? - "Dəfələrlə şikayət etsəm də..."
26-04-2016, 11:15
Oxunub: 3 441
"Adıçəkilən şəxslər barədə və həmin idarənin yarıtmaz fəaliyyəti barədə Kürdəmir rayon icra başçısı Ceyhun Cəfərov məlumatlı olsa da, həmin özbaşınalığa birmənalı şəkldə göz yumur"
Kürdəmir rayon sakini Adil Əliyev Azərbaycan Respublikasının baş Prokurorluğuna və Azərbaycan Respublikası Prezident Administrasiyasına şikayət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Dəfələrlə Kürdəmir rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş verən neqativ hallarla ve direktor Asif Abdullayevin vətəndaşlara qeyri etik davranışı davranışı barədə dəfələrlə nazir Səlim Müslümova , nazirliyin yuxarı vəzifəli şəxslərinə və eləcə də Kürdəmir rayon rəhbərliyinə müraciət olunsa da heç bir nəticə yoxdur. Və dəfələrlə həmin müraciətlər mətbuatda ışıqlandırılsa da, heç bir nəticə yoxdur".
Daha sonra yazan narazı vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümova xitab edir: "Nazir Səlim Müslümovun diqqətinə çatdırmaq istəyirik ki, direktor Asif Abdullayev başda olmaqla həmin mərkəzin işçiləri Hamil Hidayətov, Nemət İsmayılov, Ramin Mürsəlov və digərlərinin özbaşınalığından Kürdəmir rayon sakinləri cana doyublar.
Adıçəkilən şəxslər barədə və həmin idarənin yarıtmaz fəaliyyəti barədə Kürdəmir rayon icra başçısı Ceyhun Cəfərov məlumatlı olsa da, həmin özbaşınalığa birmənalı şəkldə göz yumur. Və təbii ki hansısa maddiyat qarşılığında. Və bir daha belə bir qənaətə gəlmək mümkündür ki, Kürdəmir rayon əhalinin sosial müdafiəsi mərkəzinin direktoru Asif Abdullayev və onun rəhbərlik etdiyi kollektivi barədə heç bir tədbir görülmürsə burda bilavasitə nazir Səlim Müslümov və nazirliyin hansısa yüksək vəzifəli şəxsləri maraqlıdır".
Onu da bildirək ki, vətəndaş müraciətində ağır ittihamlar da səsləndir.Qarşı tərəfi də dinləməyə hazırıq...
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər