Oğuzda dəhşət: Maşın ağaca çırpıldı, üç nəfər öldü
28-04-2016, 10:18
Oxunub: 3 158
Oğuzda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, aprelin 27-də saat 21.00 radələrində Qaraməryəm-İsamayıllı-Şəki magistiral avtomobil yolunun 125-ci kilometrliyində, Oğuz rayon ərazisindən keçən hissəsində Laçın rayonunda anadan olan, hazırda Oğuz rayonu Malax kəndində məskunlaşan məcburi köçkün, 1973-cü il təvəllüdlü Rövşən Kamal oğlu Abbasov idarə etdiyi “VAZ 210154” markalı 90 NC 945 dövlət nömrə nişanlı avtomobil yolun kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü R. Abbasov və sərnişinlərdən biri - Oğuz şəhər sakini, 1964-cü il təvəllüdlü Məhyəddin Kərimov aldıqları xəsarətdən hadisə yerində ölüblər. Digər sərnişin, Şuşa şəhərində anadan olan, Bərdə rayonu Kələntərli kəndində məskunlaşan məcburi köçkün, 1988-ci il təvəllüdlü Elşən Əhliyət oğlu Allahverdiyev isə ağır bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun da həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər