BolgeXeber.Com » Xəbərlər » AtraBank haqqında ağılasığımaz ittihamlar... - "On üç aydan artıqdır ki..."

AtraBank haqqında ağılasığımaz ittihamlar... - "On üç aydan artıqdır ki..."

30-04-2016, 12:43
Oxunub: 2 794  AtraBank haqqında ağılasığımaz ittihamlar... - "On üç aydan artıqdır ki..."“SİZLİK DEYİL- ZİBİLİ DƏ QƏBUL EDİN- MƏNLİKDİR”

Prezident İlham Əliyevə
Prezident Administrasiyasının rəhbəri Korrupsiyaya Qarşı mübarizə komitəsinin sədri Ramiz Mehdiyevə DTX rəisi Mədət Quliyevə
Baş Prokuror Zakir Qaralova
Maliyyə Naziri Samir Şərifova
Mərkəzi Bankın sədri Elman Rüstəmova

Bakı şəh. Bakıxanov qəs.Qasımov küç.ev 30-da yaşayan Əliyev Nazim Sabir oğlu və Əliyeva Ofeliya Allahverdi qızı tərəfindən


MÜRACİƏT

Bunu yazmağımıza əsas səbəb, gedən proseslər və oğlumuza qarşı aparılan qərəzli ittihamdır. 13 ay müddətində istintaqın gedişindən narazı olduğumuzu, dəfələrlə sizə yazılı müraciətlərlə bildirmişik. Aldığımız cavablara baxmayaraq, istintaq- yenə də “BANK RƏHBƏRLİYİNİN” törətdiyi “CİNAYƏTİ” ört-basdır etməkdədir.. Deməli istintaq “ATRABANK”-ın rəhbəri “ƏRKÖYÜN” ELMİXAN NƏBİYEV istədiyi kimi aparılır, “ATRABANK”ın (2010 –cu ildən indiyədək fəaliyyətinə baxsaq, bütün bu işləri necə qurduğunun şahidi olarıq). E.NƏBİYEV-in arxasında duranlar, onun tərəfindən aldandıqlarını yəqin ki, bilmirlər. Ona görə də HAVADARLAR-ın sayəsində yazdığımız müraciətlər, indiyədək obyektiv şəkildə araşdırılmır. MƏHKƏMƏyə gəlməyi- nə özü, nə BACISI (filialın KREDİT ŞÖBƏSİNİN müdiri MƏNSURƏ SƏMƏDOVA(NƏBİYEVA), nə də filialın qeyri rəsmi RƏHBƏRİ TEYMUR MƏMMƏDOV özlərinə sığışdırmırlar. Daha hara müraciət edək?!

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN dediyi sözlərə arxalansaq: “DÖVLƏT O ZAMAN SARSILAR Kİ, CİNAYƏTKAR CƏZASIZ QALAR, GÜNAHSIZ CƏZALANAR”. BUDURMU ÖNDƏRİN bizə miras QOYDUĞU YOL??

Yazıb Sizə YENƏ də bildiririk ki, 2014-cü il dekabrında - 2010-2011 ci illərdə “SAXTA QIZIL”larla işləyən “ATRABANK”ASC-nin saxtakarlıqlarından bezmiş, təqiblərə məruz qalmış-Hüseynov Məhəmmədəli, Hacıyev Nicat, Aydınbəyov Elşad və oğlumuz Əliyev Turan tərəfindən MTN-nə yazılı şikayət edilib. Buna baxmayaraq-istintaq müddətində MTN-in əməkdaşı tərəfindən bu iş araşdırılmamışdır. Filialın müdiri EMİN KƏLƏNTƏROV, saxta qızıllarla lombard işlədən SEVDA QULİYEVA, lombardları təşkil edən RÜFƏT ALLAHVERDİYEV ŞAHİD qismində dindirilərək “NƏDƏNSƏ” sərbəst buraxılmışlar. Plomblu “SAXTA QIZIL” məmulatlarının mənbəyi aşkar edilməmişdir. Bildiyimiz kimi saxta 1 MANAT – dövriyyəyə buraxan şəxs məsuliyyətdən yaxa qurtara bilməz. ATRABANK isə 4 il müddətində 5 KQ “SAXTA QIZILI” gizlətmək üçün yeni “SAXTA KREDİTLƏR” açmışdır. “ATRABANK” ASC-nin Bakı filialında SAXTA QIZIL KREDİTLƏRİ-nin ayrılmasına və verilməsinə məsuliyyət daşıyan müdir KƏLƏNTƏROV EMİN SABİR oğlu, lombard işini təşkil etmiş kredit mütəxəssisi RÜFƏT ALLAHVERDİYEV, saxta qızıl kreditləri ilə lombard işlədən QULİYEVA SEVDA ABBAS qızı, eləcə də bütün bu işlərdə onlara havadarlıq etmiş BANKIN İDARƏ HEYYƏTİNİN SƏDRİ NƏBİYEV ELMİXAN NƏBİ oğlunun cinayət məsuliyyətinə cəlb edilməməsi, bizi çox təəccübləndirir. Köhnə kreditlərin formal şəkildə bağlanması , yeni “SAXTA” kreditlərin açılması nəyə görə araşdırılmır?”ATRABANK”ın idarə heyyətinin sədri ELMİXAN NƏBİYEV və kredit komitəsi tərəfindən, şişirdirilmiş və ya girovsuz- böyük məbləğdə pul kreditlərinin açıldığı- nəyə görə istintaq tərəfindən aydınlaşdırılmır.. 2012-ci ilin ortalarında bu işdən şübhələnən Məzahir Bağırov qızılların nəyə görə zərgər tərəfindən yoxlanılmamasının səbəbini filialın müdiri EMİN KƏLƏNTƏROVdan soruşduqda - “SİZLİK DEYİL- ZİBİLİ DƏ QƏBUL EDİN- MƏNLİKDİR” cavabını alır. M.Bağırov bunu 2012–ci ilin dekabrında AUDİT YOXLAMASININ sədri ŞƏLALƏ xanıma və inspektor TOFİQ müəllimə 7 VƏRƏQLİK izahatında yazılı surətdə bildirib. Qeyd edək ki: M.BAĞIROV Hal-hazırda KÜRDƏXANI təcridxanasındadır. ( BİR NEÇƏ AYDAN SONRA audit yoxlamasının hər iki üzvü vəzifələrindən azad edilmişlər). İstintaq bunu bilsə də, onları dindirməyi lazım bilmir. (“TƏƏSSÜFLƏR OLSUN” ki, bu E.NƏBİYEVİN istəyilə üst-üstə düşür). Bu azmış kimi “SAXTA QIZIL” kreditlərinin bağlanması üçün, yeni “SAXTA” kreditlər açılmağa başlanılıb. 2012 –ci ilin əvvəllərində HÜSEYNOV MƏHƏMMƏDƏLİ İMAN oğlunun adına olan 4 kredit guya bağlanaraq, faizləri toplanaraq NİCAT və ELÇİNİN adına rəsmiləşdirilir. 20.02.2013-cü il Hacıyev Nicat Zahid oğlunun adına olan (124380-yüz iyirmi dörd min üç yüz səksən AZN), Novruzov Elçin Vaqif oğlunun adına isə (45000-qırx beş min AZN) ümumilikdə(169380-yüz altmış doqquz min üç yüz səksən AZN) silinərək həmən gün Hacıyev Nicatın adına (169000-yüz altmış doqquz min AZN) yeni kredit açılır. Filial müdiri QAYINANASI MİNAYƏ KƏRİMOVA-nın adına olan torpaq sahəsini “ÖZ BANK”ına girov qoyaraq ELMİXAN NƏBİYEVİN “xahişi ilə” ƏLİYEV TURAN-ın adına 80000 (səksən min AZN) kredit açılır. EMİN KƏLƏNTƏROV tərəfindən 20000 (iyirmi min AZN) əlavə olunaraq E.NƏBİYEVİN göstərişi ilə Yasamal rayonundakı obyekt 100000(yüz min AZN-ə) T.ƏLİYEVİN adına alınır və 260000 (iki yüz altmış min AZN) kredit açılaraq NİCAT HACIYEV-in adına rəsmiləşdirilir. (260000+169384AZN=429384AZN) BAXIN- 2 SAXTA KREDİTİN cəmi İstintaq “ARAŞDIRMASININ” qənaətə gəldiyi rəqəmlə üst-üstə düşür. Bəs nəyə görə bu MƏBLƏĞ-i xəzinədarla kredit mütəxəssisi ödəməlidir?! 10 sentyabr 2014-cü il isə (yəni bir gün sonra) heç bir GİROV və TƏMİNAT olmadan AYDINBƏYOV ELŞADın adına 370000 (üç yüz yetmiş min AZN) kredit açılıb. Nizami rayon məhkəməsinin sorğusuna Bank rəhbərliyi- 09 sentyabr bankın xəzinəsində 32000 (otuz iki min AZN) 10 sentyabr isə 16000 (on altı min AZN) olduğunu yazılı surətdə cavab olaraq təqdim edib. 9 sentyabr 260000 AZN, 10 sentyabr 370000 AZN -kredit şəklində bu insanlara necə verilib? EMİN KƏLƏNTƏROVUN məhkəməyə verdiyi cavabında bildirir ki, 630000 (altı yüz otuz min AZN)-kreditlə FORMAL şəkildə SAXTA QIZIL KREDİT-ləri silinib.(BUNU İSTİNTAQ BİLİR VƏ SUSUR) Ən maraqlısı odur ki, artıq bu tarixlərdə oğlumuz T.ƏLİYEV 3 ay əvvəl filialın XƏZİNƏDARI vəzifəsindən azad edilmişdir. (Deməli heç bu işdə də- onu təqsirləndirmək olmaz. Çünki heç bir mədaxil, məxaric orderində onun imzası yoxdur. Xəzinədar kimi filialın “RƏHBƏRİ”nin qardaşı ZAUR MƏMMƏDOVUN imzasıdır. Göründüyü kimi –bu iş də istintaqı maraqlandırmır). Yuxarıda göstərilən bu məbləğləri o illərdə 23-24 yaşlı xəzinədar və adicə kredit mütəxəssisinin etdiyi nə qədər inandırıcı görünür?! Turan və dostları MTN-nə şikayət edənə qədər BANKIN rəhbərliyi nəyə görə susub? Filial 10000 (on min AZN)dən artıq kredit verə bilmədiyini nəzərə alsaq, bu işlərə kimlərin rəhbərlik etdiyi aydın görünür. ”NƏDƏNSƏ” istintaq bunu araşdırmır və ya “ARAŞDIRMAQ İSTƏMİR”. Əvəzində isə İş material şəklində 25 yanvar 2015–ci ildə AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə göndərilmişdir. On üç aya yaxın müddək keçməsinə baxmayaraq ELMİXAN NƏBİYEV şahid qismində belə dindirilməmişdir. Bakı filialının müdiri EMİN KƏLƏNTƏROV bu işlərdə rəhbərliyin “ƏMRLƏRİNİ” icra etdiyini bildirsə də onların əvəzinə isə bu QANUNSUZLUQLARIN ŞİKAYƏTÇİLƏRİ -filialın o zaman xəzinədarı vəzifəsində çalışan oğlumuz TURAN ƏLİYEV və kredit mütəxəssisi MƏZAHİR BAĞIROV AR CM 179.3.2 maddəsi ilə ittiham edilmiş - on üç aydan artıqdır ki, tədricxanada saxlanılırlar.
DƏHŞƏTLİSİ odur ki, qısaca yazdığımız bu faktlar- istintaqa da tam aydındır. Necə olur ki, bir iş üzrə həm mülki, həm də cinayət işi açılır. Onlarla narazılığımızı bildirdiyimiz məktub və teleqrammları aidiyyatlı və səlahiyyətli şəxslərə ünvanladığımıza baxmayaraq, istintaq qərəzli aparılıb. “ATRABANK” rəhbərliyinin məsuliyyətə cəlb olunmasına, oğlumuz TURAN ƏLİYEV-ə qarşı bu təqiblərə son qoyulmasına nəzarət etməyinizi və dərhal həbsdən azad edilməsinə, köməklik göstərməyinizi SİZDƏN xahiş edirik.

Ailəmiz adından SİZƏ əvvəlcədən minnətdarlığımızı bildiririk.\\moderator.az\\