BolgeXeber.Com » Xəbərlər » Sahil qəsəbəsi icra başçısı Süleyman Mikayılovdan qəti cavab gözləyir...

Sahil qəsəbəsi icra başçısı Süleyman Mikayılovdan qəti cavab gözləyir...

30-04-2016, 12:48
Oxunub: 2 304 Sahil qəsəbəsi icra başçısı Süleyman Mikayılovdan qəti cavab gözləyir..."Onlar ginekoloji müayinə və müalicə ehtiyacı olan xanımların məcbur olub Lökbatana getmələrinə izah tapa bilmirlər"


Bakının Qaradağ rayonunun Sahil qəsəbəsindən Moderator.az - a şikayət məktubu daxil olub. Qəsəbə sakinləri doğum evinin təmirinin başa çatmasına baxmayaraq onlara bəlli olmayan səbəblərdən hələ də insanların üzünə açılmamasından narazılıq edirlər.

Onların iddialarına görə qəsəbədəki doğum evi xeyli müddətdir yararsız vəziyyətdə olub və nəhayət onun təmirinə başlanılıb və artıq xeyli vaxtdır ki, təmir tama başa çatsa da kimlərinsə hikkəsi üzündən istifadəyə verilməməsi doğuş həyata keçirən qadınların və ümumiyyətlə ginekoloji müayinə və müalicə ehtiyacı olan xanımların məcbur olub Lökbatana getmələrinə izah tapa bilmirlər.

Onların ehtimallarına görə rayon rəhbərliyi ilə Səhiyyə Nazirliyi arasında hansısa anlaşılmazlıq üzündən bu açılış yubanır. Hətta bəzi iddialara görə Səhiyyə Nazirliyi yeni istifadəyə veriləcək doğum evində bir baş həkim, icra başçısı Süleyman Mikayılov digər baş həkim görməsi istəyinə görə qəsəbə sakinləri intriqa qurbanına çevrilməkdədir...

Moderator.az olaraq qəsəbə sakinlərinin istəklərini ictimailəşdirməyi özümüzə borc bildik. Nəzərə aldıq ki, son vaxtlar ölkədə müxtəlif səbəblərdən ana və uşaq ölümü halları artır və Sahil qəsəbəsi də belə bir təhlükədən sığortalanmayıb. Ümid edirik ki, tezliklə qəsəbə sakinlərinin intizarına son qoyulacaq və doğum evi istifadəyə veriləcək.

Mövzunu diqqətdə saxlayacağıq.
Bolgexeber.com