BolgeXeber.Com » Xəbərlər » Beyləqan: kanalizasiyanın satılmasında - Gəlişmə

Beyləqan: kanalizasiyanın satılmasında - Gəlişmə

3-05-2016, 12:01
Oxunub: 2 006 Beyləqan: kanalizasiyanın satılmasında - GəlişməBeyləqanda kanalizasiya xəttinin üstündə obyekt tikilməsi xəbəri ajiotaj doğurub

Vizual.az olaraq bu barədə yaydığımız məlumat və fotonun izinə düşərək araşdırmalar zamanı yeni faktlar əldə etmişik. Yeni məlumatlara keçməzdən əvvəl kiçik ekskursiya edək:

Belə ki, Beyləqanın çıxışındakı bütün kanalizasiya xəttinin birləşdiyi yerin satılmasında rayon icra başçısı Vaqif Abdullayevə su idarəsi müdiri də köməyini əsirgəməyib.

Onun bu bazarlıqda nə qədər gəliri olduğu açıqlanmasa da, icra başçısının qarış-qarış satdığı ərazilərə rayonun kanalizasiya xəttinin birləşdiyi yeri də əlavə etməsi ona böyük pullar qazandırıb.

"Azərsu” ASC isə ya bu fakta göz yumur, ya da xəbəri yoxdur ki, yerli idarəsi Beyləqanda hansı işlərə imza atıb. Reallıq isə həmin fotoda öz əksini tapıb. Hər halda "Azərsu” prezidenti Qorxmaz Hüseynov rayondakı kadrının əməlindən bu foto ilə agah ola bilər. Yada salaq ki, kanalizasiya xəttinin üstündə ticarət obyekti artıq tikilməyə başlanıb. Bu da kanalizasiya xəttinin sıradan çıxmasına səbəb ola bilər.

Ticarət obyektini Beyləqan ərazisində yerləşən N saylı hərbi hissənin kadrlar şöbəsinin rəisi Səfərov Yaşar tikdirdiyi bildirilir. Cəbhə xəttində müharibə getdiyi bir zamanda hərbi hissədə şöbə rəisinin məşğuliyyəti kanalizasiya xəttinin üstünü alaraq özünə obyekt tikdirib, güzəran qurmaqdan ibarətdir. Absurd! İndi isə keçək araşdırma zamanı əldə olunan yeni detallara:

Məlum olub ki, hələ 2012-ci ildə prezident İlham Əliyev Beyləqanın su və kanalizasiya sistemləri kompleksinin təməlqoyma mərasimində iştirak edib. Hələ 4 il qabağa gedib çıxan bu tarixə nəzər salanda aydın olub ki, bu layihənin reallaşmasından ayrılan vəsaitlərin böyük hissəsi mənimsənilib.
Gəlin, faktlara nəzər yetirək:
Beyləqanda bu işlərin görülməsini Azərbaycan və Almaniya birgə müəssisəsi "T.T.Ş. Inşaat” MMC (amp; Ludwig Pfeiffer Hoch-und Tiefbau GmbH amp; Co.KG) -a həvalə olunub. Amma layihəyə almanlar yox, Ağdamdan olan Vüqar adlı şəxs nəzarət edib.
Kanalizasiya şəbəkələrinin bərpası zamanı lahiyədə boruların üzərinə çınqıl əlavə olnması nəzərdə tutulub. Amma çınqılın pulu mənimsənib və torpaqla əvəzlənib. Boru xətlərinin üzərinə keçmiş icra başçısı Xasay Əhmədovun obyektindən də materiallar gətirilib.
Köhnə texnikalar cəlb olunub. Su və kanalizasiya xətlərinin çəkilişi zamanı fəhlələrə 480 manat, sürücülərə isə 900 manat yazılıb. Amma qeyd olunan məbləğin çox hissəsi mənimsənilib və az hissəsi işçilərə verilib.
Beyləqanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində şəhər daxilində 77,6 kilometr su, 71 kilometr kanalizasiya şəbəkəsinin yaradılması, 3400 smart-kart tipli sayğacın quraşdırılması prosesində ayrılmış 50 milyon manata yaxın vəsaitə rəğmən, keyfiyyətsiz işlər görməsi iddia olunur.
Bu qədər vəsaitin hara xəcləndiyi də sual doğurur. Üstəlik, həmin MMC-nin sahibi Xəyal Aslanzadənin Qorxmaz Hüseynov və onun qardaşına bağlı olduğu xəbərlərin bir çox dövrü mətbuatda tez-tez hallanıb. Yekunda isə kanalizasiya xəttinin üstü başçı ilə su idarəsi müdirinin işbirliyi nəticəsində şöbə rəisinə satılır.
Beyləqan: kanalizasiyanın satılmasında - Gəlişmə
Beyləqan: kanalizasiyanın satılmasında - Gəlişmə